Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) 4-cü kurs tələbəsi Zəhra Əhmədzadənin “Gənclik İnnovasiya Forumu: Yeni Perspektivlər” layihəsinin təqdimatı keçirilib. “Sosial iş” fakültəsinin tələbəsi Ayxan Hüseynzadə də tədbirdə iştirak etmişdir. Tədbirdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib.
Sonra
Z.Əhmədzadə layihə ilə bağlı təqdimat edib. Layihədə Azərbaycan universitetlərinin
tələbə həmkarlar ittifaqı komitələrinin fəal iştirakı və birgə əməkdaşlığı ilə
geniş işçi komandalarının yaradılması nəzərdə tutulur. Bu komandalar tələbələrin
müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək, startap və
innovasiya layihələrində gənclərin daha aktiv iştirakını təmin etmək üçün təşkil
olunacaqdır. Həmçinin, müxtəlif universitetlərin tələbə həmkarlar ittifaqı
komitələri arasında sıx əlaqələrin qurulması və ümumi məqsədlərə nail olmaq
üçün qarşılıqlı dəstək mexanizmlərinin formalaşdırılması
vacib hesab edilir.
Layihə çərçivəsində yaradılacaq işçi komandaları, gənclərin müxtəlif mövzularda müzakirələr aparmasını, praktiki bacarıqlarını təkmilləşdirməsini və real layihələr üzərində işlərini təmin edəcəkdir. Həmçinin, bu komandaların gələcək startap layihələrində müvəffəqiyyət qazanması üçün mentor dəstəyi və təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır.
Təqdimatdan sonra layihə ilə bağlı müzakirə həyata keçirilib və iştirakçıların fikir və təklifləri dinlənilib.