“Beynəlxalq Humanitar və Sosial İnkişaf Araşdırmaları” (International Journal of Humanities and Social Development Research) adlı ingilisdilli jurnalımız 2017-ci ildən başlayaraq, ildə iki dəfə dərc edilir. Jurnalda mədəniyyətlərarası tədqiqatlar, Siyasi elmlər, Dövlət idarəetməsi, Təhsil, Etika, Biznesin idarə edilməsi, İnkişaf tədqiqatları, Sosial rifah və Sosiologiya sahəsinə aid məqalələr dərc olunur. Elmi jurnal ikili anonim rəyçi sistemini tətbiq edir, dünyanın bir çox tanınmış beynəlxalq elmi məlumat bazasına daxil edilmişdir. Bu jurnal iştirakçı kitabxanalar arasında paylanmış arxiv sistemi yaratmaq üçün PORTICO sistemindən istifadə edir və həmin kitabxanalara jurnalın qorunub saxlanılması, bərpası məqsədilə daimi arxivlər yaradır.
Elmi jurnal Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının dəstəyi ilə nəşr edilir.
Daha ətraflı məlumat üçün bu linkə daxil ola bilərsiniz: https://www.ijhsdr.com/