Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının
İnnovasiya və karyera şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin
19 iyun 2009-cu il tarixli, 833-IIIQ №-li “Təhsil haqqında Azərbaycan
Respublikasının Qanunu”na əsasən yaradılmışdır.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının
İnnovasiya və karyera şöbəsinin əsasnaməsi Akademiyanın Elmi
Şurasının 14.09.2020-ci il tarixli iclasının (pr. № 01) qərarı ilə təsdiq
edilmişdir. 15.09.2020-ci il tarixindən Hikmət Mirzəyev İnnovasiya və karyera
şöbəsinin müdiri vəzifəsini icra edir.
Şöbə öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun
olaraq, dövlət və özəl müəssisələrlə bağlanmış sazişlər və müqavilələr əsasında
həyata keçirməyi nəzərdə tutur.
Akademiyada təhsil alan yuxarı kurs tələbələrinin
karyeralarının planlaşdırılmasına məsləhət və istiqamət verərək, onları iş
dünyasına hazırlayır.
Şöbənin yaradılmasınin başlıca məqsədi gənclərin
bilik, yumşaq və sərt bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq
problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, informasiya, konsaltinq,
maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
İNNOVASİYA VƏ KARYERA ŞÖBƏSİNİN FƏALİYYƏT
ISTİQAMƏTLƏRİ:
Bakalavriat, magistrant elektron məlumat bazasının
hazırlanması;
Hər il gənclər üçün əmək yarmarkalarının təşkil
edilməsi və keçirilməsi;
Yarmarkaların keçirilməsi təhsil prosesinin yekun
mərhələsi olmaqla, milli təhsil sistemi üçün bazar
iqtisadiyyatı şəraitində məzunların işlə təmin olunmasına köməklik etmək;
Konsaltinq xidmətinin göstərilməsi və müxtəlif
sferalarda layihələrin hazırlanması;
Dövlət məşğulluq agentliyi tərəfindən yaradılmış
Karyera Mərkəzləri Şurasının üzvü olması ilə əlaqədar tədbirlərdə iştirakın
təmin edilməsi;
Azərbaycan Respublikasının ali məktəblərində
fəaliyyət göstərən Karyera Mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi;