logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Tədris və tərbiyə işləri üzrə prorektor


image small

Mikayılova Nurəngiz Yanvar qızı 03.03.1970-ci il tarixində Qəbələ rayon Vəndam qəsəbəsində doğulmuş, 1987-ci ildə Bakı Fizika-Riyaziyyat Təmayülü Tam orta məktəbi bitirmiş, həmin il D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Əmək fəaliyyətinə 1992-ci ildə AMEA Fizika İnstitutunda başlamış, eyni zamanda “saathesabı” qaydada müxtəlif universitetlərdə dərs demişdir.

     1995-2000-ci illərdə Suraxanı Rayon Mülki-Müdafiə Qərərgahının rəisi, 2000-2004-cü illərdə Suraxanı Rayon Səhiyyə Şöbəsində “Əməyin təhlükəsizliyi”  üzrə mühəndis vəzifəsində çalışmışdır. 2010-cu ildən etibarən AƏSMA-da tyutor, 2011-2019-cu illərdə müəllim vəzifəsində, 2019-2023-cü illərdə “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri vəzifəsində, 2023-2024-cü illərdə “Maliyyə-İqtisad” fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Hal-hazırda “Tədris və tərbiyə işləri üzrə” prorektor vəzifəsində çalışır.

2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Bələdiyyələrin sosial-iqtisadi inkişafda rolunun artırılması istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə etmiş,  2019-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən isə “dosent” elmi adına layiq görülmüşdür. Hal-hazırda KT Nazirliyinin Elmi Tədqiqat Mərkəzində “elmlər doktoru” işi üzərində çalışır.

         40-a yaxın elmi məqalə, 18 tədris proqramı,  “Azərbaycan iqtisadiyyatı” dərsliyi və “Bələdiyyə idarəçiliyi və maliyyəsi”  dərs vəsaitinin  müəllifidir. 

17.09.2024  [ 05:57 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.