Magistratura
şöbəsi magistratura təhsil səviyyəsi üzrə təhsil standartlarına cavab verən təhsil
prosesini təşkil edir. Ayrıca şöbə kimi 2022-ci il sentyabrından fəaliyyət
göstərir. Hazırda şöbə üzrə “İqtisadiyyat”,
“Maliyyə”, “Mühasibat uçotu və audit” və “”Sosial iş” ixtisasları üzrə qəbul aparılır.
Şöbə
“Boloniya prosesi” prinsipləri əsasında magistratura təhsil səviyyəsində tədrisin
təşkil edilməsini, tədqiqat yönümlü və
akademik kadrların yetişdirilməsini, magistratura təhsili prosesinə
professor-müəllim heyətinin cəlb edilməsini, magistrantlar üçün ölkə və beynəlxalq
miqyaslı konfrans, seminar və elmi diskussiyaların təşkil edilməsini, təhsildə,
iqtisadiyyatda və sosial sferada yeni elmi biliklərin və texnologiyaların əldə
edilməsi və tətbiqinin tədris prosesində
istifadə edilməsini, elmi-tədqiqat və elmi-pedaqoji, eləcə də innovasiya təşkilatları
arasında qarşılıqlı səmərəli əlaqələrin yaradılması yolu ilə təhsil, elm və
istehsalatın inteqrasiyasını həyata keçirir.
Şöbə fəaliyyət planları hazırlayır, istiqamətləndirir, bununla bağlı məlumatları Akademiyada fəaliyyət göstərən təhsilverənlərə, əməkdaşlara, təhsilalanlara bildirir və fəaliyyətin nəticələrinə nəzarət edir. Şöbə “İqtisadiyyat və idarəetmə”,”Maliyyə və mühasibat” və “HİH və sosial fənlər” kafedraları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir
Şöbəyə dosent Şabanov Zeynəddin Müsənnif oğlu rəhbərlik edir