Kafedranın tarixi:
“Ümumi riyaziyyat və təbiət elmləri fənləri” kafedrası 2006-cı ildən dərs yükünün azlığı baxımından ictimai əsaslarla fəaliyyətə başlamış, 16 sentyabr 2011-ci ildən isə Akademiyanın nəzdində sərbəst kafedra kimi təsis edilmişdir. Akademiyanın bütün ixtisasları üzrə kafedrada tədris olunan fənlər Dövlət standartına uyğun olaraq yüksək səviyyədə tədris olunur. Kafedrada tədris edilən bütün fənlər üzrə müəllimlər tərəfindən yeni tədris proqramları, tədris metodiki vəsaitlər, dərsliklər, dərs vəsaitləri işlənib hazırlanmışdır. Kafedrada Dövlət Standartının 2004, 2009, 2014 və 2020-ci illərdə dəyişdirilməsi ilə əlaqədar tədris proqramlarında dəyişikliklər aparılmışdır. Müəllimlərin dərslərdə multimediya vasitələrindən istifadə etməsi müvəffəqiyyət faizini daim artırmışdır.
2019-cu ildən etibarən “Ümumi riyaziyyat və təbiət elmləri fənləri” kafedrasının adı dəyişilərək yeni tərkib heyəti ilə “Ümumi fənlər” adı altında fəaliyyətə başlamışdır.
2020/2021-ci tədris ilində “Ümumi fənlər” kafedrasının tərkibini 19 nəfər professor-müəllim heyəti təşkil etmişdir, onlardan 3 nəfəri dosent, 1 nəfər riyaziyyat üzrə, 1 nəfər texnika üzrə, 1 nəfər tarix üzrə olmaqla 3 nəfər fəlsəfə doktoru və 3 nəfər dissertant olmuşdur.
Kafedra müəllimləri tərəfindən 2020-2021-ci tədris ilində 23 məqalə (10 məqalə xaricdə), 4 tezis və 15 tədris proqramı, 1 dərslik, 3 dərs vəsaiti hazırlanmışdır.
28 dekabr 2021-ci il tarixdən etibarən “Ümumi fənlər” kafedrasının adı dəyişmiş və yeni tərkib heyəti ilə “Riyaziyyat və informasiya texnologiyaları” kafedrası yaradılmışdır.
2022/2023-cü tədris ili üçün “Riyaziyyat və informasiya texnologiyaları” kafedrasının tərkibini 10 nəfər təşkil etmişdir.
2024/2025-tədris ilində kafedranın tərkibini 13 nəfər təşkil edir. Hazırda professor-müəllim heyətinin tərkibində 2 nəfər dosent və 4 nəfər riy.f.d. fəaliyyət göstərir, kafedrada R.R.Həsənov - kompüter mühəndisi üzrə mütəxəssis kimi fəaliyyət göstərir, kafedranın laborantı isə V.M.Məmmədovadır.
Müəllimlər:
1. tex.ü.f.d.,dos.Niyar Umarova Əvəz q.
2. b.ü.f.d., dos. Sirac Məmmədov Şəmi o.
3. riy.ü.f.d. Firanə Məmmədova Mənsim q.
4. riy.ü.f.d. Cəmilə Abdullayeva Novruz q.
5. riy.ü.f.d. Sevinc Xalıqova Zaid q.
6. riy.ü.f.d. Fəridə Sadixova Sabir q.
7. Təranə Vəliyeva Həsəhəli q.
8. Allahverdi Cabbarov Zeynal o.
10. Sayad Eldarova Əmirhüseyn q.
Elmi fəaliyyət:
2021/2022-ci tədris ilində “Riyaziyyat və İT” kafedrasının əməkdaşları tərəfindən 5 tədris proqramı, 11 məqalə (3 məqalə xaricdə), 4 tezis və 3 metodiki vəsait nəşr olunmuşdur.
2022/2023 tədris ilində kafedra əməkdaşları tərəfindən yerli və xarici jurnallarda 18 məqalə, 1 tezis (7 məqalə və tezis xarici jurnallarda) çap olunub, 3 metodik vəsait və 2 dərs vəsaiti işlənmişdir.
2023/2024-cü tədris ilində 18 məqalə, (7 məqalə xarici jurnallarda),1 tezis, 3 tədris proqramı, 2 dərs vəsaiti və1 bir metodik vəsait çap olunmuşdur.
Bakalavr səviyyəsində tədris olunan fənlər
1. Xətti cəbr və riyazi analiz
2. Ehtimal nəzəriyyəsi və riyazi statistika
3. Sosial işdə riyazi metodlar
4. İnformatika
5. İKT-baza kompyuter bilikləri
6. İKT
7. Neyrobiologiya
8. Ekologiya
9. SƏTƏMM
10. Mülki müdafiə
11. Ekonometrika
Magistr səviyyəsində tədris olunan fənlər
1. Ekonometrika
Kafedrada son illərdə çap olunmuş dərslik və proqramlar
1. N.Umarova. İnformatika. Dərslik. İTİ MƏTBƏƏSİ. Bakı 2015, səh.231
2. N.Umarova. İKT və kompüter baza bilikləri. Dərslik. ADNSU MƏTBƏƏSİ. Bakı 2021. səh.239
3. N.Umarova. İnformasiya cəmiyyətində müəllim və tələbə. Bilingual təhsil. Dərs vəsaiti. İTİ MƏTBƏƏSİ. Bakı 2014.
4. N.Umarova. İKT (İnformasiya kommunikasiya texnologiyası). (İTİ MƏTBƏƏSİ.) Bakı 2016. səh.201
5. N.Umarova. İqtisadiyyatda innovativ texnologiyalar. Elektron kommersiya. Dərs vəsaiti. ADNSU MƏTBƏƏSİ. Bakı 2021.
6. N.Umarova, T.Vəliyeva, R.Həsənov. İKT fənninin tədrisinə aid “Ms Excel elekrton c/p və praktiki misallar. Dərs vəsaiti. ADNSU MƏTBƏƏSİ. Bakı 2023.
7. F.M. Məmmədova, A.Z. Cabbarov. S. Ə. Eldarova. “Riyazi analiz”dən mühazirə və tapşırıqlar toplusu. Dərs vəsaiti. ADNSU MƏTBƏƏSİ. Bakı 2023.
8. N.Umarova, T.Vəliyeva İKT – kompüter baza bilikləri. Proqram. Bakı 2021
9. N.Umarova. İKT (90 saat) Proqram.Bakı 2022
10. S.Məmmədov, M.F.Hümbətov. Neyrobiologiya. Proqram.Bakı 2022
11. F.M. Məmmədova, A.Z. Cabbarov. Xətti cəbr və riyazi analiz. Proqram. Bakı 2022
12. F.M. Məmmədova, M.C. Calalov. Ekonometrika. Proqram. Bakı 2022
13. F.M. Məmmədova, M.C. Calalov. Ehtimal nəzəriyyəsi və riyazi statistika. Proqram. Bakı 2022
14. S.Məmmədov, C.S.Məmmədova. SƏTƏMM. Proqram. Bakı 2023
15. S.Məmmədov, C.S.Məmmədova. Ekologiya. Proqram. Bakı 2024
16. N.Umarova, T.Vəliyeva. İnformatika. Proqram. Bakı 2024
17. S. M.Şirinov, C.N. Abdullayeva, A.Z.Cabbarov “Ali riyaziyyat” fənnindən məsələ və misalların həllinə aid Metodik vəsait. Bakı 2020
18. N.Umarova. Ms Teams proqramı və tədrisi metodikası. Metodik vəsait. Bakı 2020
19. N.Umarova. Turizm və onun inkişafında İKT. Metodik vəsait. Bakı 2021
20. N.Umarova. İKT və onun tətbiqinə aid terstlər. Metodik vəsait. Bakı 2022
21. N.Umarova, T.Vəliyeva. İnformatika fənni üzrə Praktiki məsələlər.Metodik vəsait. Bakı 2022
22. Y.Ələkbərov. Mülki müdafiə fənnini tədrisinə aid Metodik vəsait. Bakı 2023
23. T.Vəliyeva “İnformatika” fənninin tədrisinə aid Metodik vəsait. Bakı 2024