logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

18 oktyabr Dövlət Müstəqilliyin Bərpası Günü


image small

1991-ci il oktyabrın 18-də azadlıq mübarizəsinin nəticəsi olaraq xalqımızın müstəqil və sərbəst yaşamaq arzusu reallaşdı, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.

İlk illər müstəqilliyimizin itirilməsi, dövlətimizin məhv olması təhlükəsi yaranmışdı. Xalqımız dahi oğlunu – Ulu Öndər Heydər Əliyevi hakimiyyətə gətirməklə düşdüyü ağır vəziyyətdən xilas oldu. Müstəqilliyimizin qorunması və möhkəmlənməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi təməllər onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hazırda qanunun aliliyi, demokratiya və dünyəvilik prinsipləri əsasında qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən uca zirvəsindədir.

Azərbaycan dövlətinin müstəqilliyi, ərazi bütövlüyünün bərpası yolunda xalqımızın mərd, cəsur oğul və qızları rəşadətlə savaşıb, Vətən naminə həyatlarını qurban veriblər. Odur ki, müstəqilliyimizi qorumaq və yaşatmaq, onu əbədi etmək hər birimizin ən ali vəzifəsi və şərəf borcudur.

18.10.2024  [ 07:29 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.