AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Həmkarlar ittifaqları kadr və fəallarının ixtisasartırma və yenidən hazırlanması şöbəsi


image small

Həmkarlar ittifaqı kadr və fəallarının  ixtisasartırma və yenidən hazırlanma şöbəsi Akademiyanın struktur bölməsidir. Şöbənin müdiri Maniyeva Raziyyə Sabir qızı 1978-ci ilin noyabr ayından Akademiyada  (əvvəl Azərbaycan Həmkarlar ittifaqları Şurasının Həmkarlar İttifaqı kursları) işə metodist vəzifəsindən başlamış tədris hissəsinin müdiri, 2000-ci ildən şöbə müdiri vəzifələrində çalışmışdır. 2001-ci ildə -iqtisad üzrə fəlsəfə doktoru, 2018-ci ildə dosent elmi adına layiq görülmüşdür.

2021- ci il aprel ayında Həsənli Nərmin Adil qızı laborant vəzifəsinə təyin olunmuşdur, eyni zamanda Akademiyanın məzunudur.

 

Həmkarlar ittifaqları kadrları və fəallarının ixtisasartırma və  yenidən hazırlanması şöbəsinin fəaliyyətinin əsas istiqamətləri

   Həmkarlar ittifaqları kadrları və fəallarının ixtisasartırma və yenidən hazırlanması şöbəsi Respublikanın həmkarlar ittifaqları fəalları üçün kursların, seminarların və treninqlərin təşkilini həyata keçirir. Şöbənin əsas məqsədi bazar iqtisadiyyatı şəraitində əmək insanlarının maraqlarını müdafiə etməyi bacaran həmkarlar ittifaqı liderləri və mütəxəssislərini hazırlamaqdan ibarətdir.

Həmkarlar ittifaqı təhsili qarşısında duran əsas vəzifələr aşağıdakılardır:

-       həmkarlar ittifaqı liderləri və mütəxəssislərinə həmkarlar ittifaqı hərəkatının nəzəriyyə və praktikası, konfliktologiya, psixologiya, menecment, iqtisadiyyat, hüquq, sosiologiya və digər sahələrdə müxtəlif biliklərə və vərdişlərə yiyələnməyi təmin etmək;

-       bazar münasibətləri şəraitində işləmək üçün lazım olan bütün keyfiyyətlərə malik olan və tədricən peşəkarlığını artırmağa, təkmilləşməyə cəhd edən həmkarlar ittifaqı liderini formalaşdırmaq.

Tədris planı aşağıdakı kateqoriya həmkarlar ittifaqı işçiləri üçün  hazırlanır və ixtisaslar artırılır :

-   müəssisə və təşkilatların həm ştat üzrə, həm də ictimai əsaslarla işləyən sədr və sədr müavinləri;

-         Respublika Komitəsi aparatının mütəxəssisləri;

-         Həmkarlar ittifaqı şəhər və rayon komitələrinin rəhbərləri;

-         ali məktəblərin tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri;

-         təftiş komissiyasının sədrləri, mühasiblər, xəzinədarlar;

-         həmkarlar ittifaqı işinin bütün istiqamətləri üzrə sədrlər, həmkarlar ittifaqı fəalları və s.

17.09.2022  [ 13:51 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.