Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq Əlaqələr” şöbəsi AƏSMA-nın Elmi Şurasının 12.09.2019-cu il tarixli qərarı ilə yaradılmış və AƏSMA-struktur bölməsidir. Şöbə öz fəaliyyətini “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, AƏSMA-nın Nizamnaməsi və digər normativ hüquqi sənədlər əsasında qurur.
Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasının “Beynəlxalq Əlaqələr” şöbəsi
14.01.2019-cu il tarixində Avropa
Komissiyasının qeydiyyatından keçərək, PİC (Participant İdentification Code)
kodu əldə etmişdir.
Şöbənin məqsədi:
Şöbənin əsas məqsədi AƏSMA-nın müxtəlif beynəlxalq
əməkdaşlıq proqramlarında, layihələrdə iştirakını təşkil və koordinasiya etmətklə,
akademiyanın beynəlxalq nüfuzunu artırmaq, yüksəkkeyfiyyətli təhsil verilməsini təmin etmək, elmi-tədqiqat işlərinin beynəlxalq
sferaya çıxarılmasına nail olmaqdan ibarətdir.
Şöbənin əsas vəzifələri:
Ø
Beynəlxalq
əməkdaşlıq proqramlarının və layihələrinin formalaşdırılması;
Ø
professor-müəllim
heyətinin beynəlxalq əməkdaşlığa cəlb edilməsi;
Ø
AƏSMA-nın
tələbələrinin təhsilinin və əməkdaşlarının təcrübə mübadiləsini xarici ölkələrdə
təşkilinin həyata keçirilməsi;
Ø
xarici
tələbələrin təhsilinin fəaliyyətinin AƏSMA-da təşkili;
Ø
qrant
layihələrinin yerinə yetirilməsi işinin təşkili və Beynəlxalq konfransların
keçirilməsi.
Şöbə fəaliyyət göstərdiyi
müddətdə bir neçə Beynəlxalq tədbirlərdə həm vebinar onlayn, həm də canlı
iştirak etmişdir.
AƏSMA Türkiyənin Manisa
Celal Bayar Universiteti, EGE Universiteti, Karamanoğlu Mehmetbey Universiteti, Özbəkistann İqtisadiyyat və Pedaqogika
Universiteti, Kazaxstan və Belarus Respublikasının müxtəlif Universitetləri ilə
ikili əməkdaşlıq sazişləri imzalanmışdır.
2020-2022 -ci illərdə Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində AƏSMA Beynəlxalq layihədə assosiativ tərəfdaş kimi iştirak edib.