AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2 Fevral- Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
31.01.2025
14:53
Təfsilat
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2 Fevral- Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının AHİK könüllüləri ilə görüş keçirilmişdir.
28.11.2024
11:28
Təfsilat
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının AHİK könüllüləri ilə görüş keçirilmişdir.
Akademiya haqqında
17.09.2022
05:14
Təfsilat
Akademiya haqqında
Akademiya haqqında

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA)

 

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) zəngin tarixə malikdir. 1952-ci ildən “Kurslar bazası” adı altında müxtəlif strukturlarda fəaliyyətə başlayan təhsil müəssisəsi, zamanla “Həmkarlar İttifaqları Kursu”, “Zona Tədris-Metodiki Mərkəz” və digər adlarla fəaliyyət göstərmişdir. Bu dövrdə, Həmkarlar İttifaqları Hərəkatının Moskva Ali Məktəbinin Bakı Tədris-Məsləhət Məntəqəsi də təsis edilmişdir. 1997-ci ildə “Moskva Əmək və Sosial Münasibətlər Akademiyası”nın filialına çevrilmişdir. 1999-cu ildən Rusiya və Azərbaycan Təhsil Nazirliklərinin lisenziyası ilə ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamış, nəhayət, 2006-cı ildə müstəqil olaraq Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası adı ilə fəaliyyətini davam etdirmişdir.

Hazırda AƏSMA özəl ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir və müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığını həyata keçirir. Akademiyada 2 fakültə – “Maliyyə-İqtisad” və “Sosial iş” fakültələri mövcuddur. Tədris prosesi “İqtisadiyyat və idarəetmə”, “Mühasibat və maliyyə”, “Riyaziyyat və informasiya texnologiyaları”, “Həmkarlar İttifaqları Hərəkatı və sosial fənlər”, “Humanitar fənlər” kafedralarında təşkil olunur. Bundan əlavə, “Magistratura”, “Qiyabi, əlavə təhsil və əcnəbi tələbələrlə iş” şöbələri də fəaliyyət göstərir.

Bakalavriat səviyyəsində “Sosial iş”, “Marketinq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Maliyyə”, “Mühasibat” və “İqtisadiyyat” ixtisasları üzrə təhsil təqdim olunur. Magistratura səviyyəsində isə “Maliyyə”, “Mühasibat uçotu və audit”, “İqtisadiyyat”, “Marketinq” və “Sosial iş” ixtisasları üzrə mütəxəssislər hazırlanır.

Təhsil pillələri

Akademiyada tədris ali təhsillə bağlı mövcud qanunvericiliyə əsasən təşkil olunur, bakalavriat və magistiratura üzrə qəbul həyata keçirilir.

Kitabxana

Tələbələrin sərbəst fəaliyyətinin səmərəli təşkilini həyata keçirmək üçün akademiyada geniş oxucu kütləsinə malik kitabxana fəaliyyət göstərir.

Təqaüd proqramları

Akademiyanın əlaçı tələbələri Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının adlı təqaüdləri ilə təltif olunurlar.

Elmi təqdiqat

Akademiya elmi-tədqiqat işlərinin cari və perspektiv planlaşdırmasını sərbəst həyata keçirir, akademiyada iki elmi araşdırma mərkəzi fəaliyyət göstərir.

Professor

2

Müəllim

70

Məzun

2956

Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.