Sosial iş fakültəsi 2019-cu il sentyabr ayından fəaliyyət göstərməsinə
baxmayaraq “Sosial iş” ixtisası üzrə mütəxəssislər 2016-cı ildən hazırlanır.
Fakültənin nəzdində “HİH və sosial fənlər” və “Humanitar fənlər” kafedraları və
“Sosioloji araşdırmalar laboratoriyası” fəaliyyət göstərir. Fakültə
Respublikanın digər ali məktəblərinin uyğun fakültələri, müxtəlif dövıət
qurumları və təşkialatları ilə əməkdaşlıq fonunda birgə elmi tədbirlər,
təlimlər və təcrübə tədbirlərini həyata keçirir. Ümumilikdə fakültənin professor-müəllim
heyəti olaraq 31 əməkdaşı vardır. Bunlardan 1 müəllim professor, 1 müəllim
elmlər doktoru, 8 müəllim dosent və 4 müəllim fəlsəfə doktorudur. Sosial iş
istiqaməti üzrə sosioloji araşdırmalar laboratoriyasında müxtəlif elmi təlim və
tədqiqatlar aparılır, ixtisas üzrə mütəxəssislər fakültəyə dəvət edilərək
onlarla fikir mübadiləsi aparılır, tələbələrin sosial xidmət, reabilitasiya
mərkəzləri və sığınacaqlarda müxtəlif fəaliyyətləri yaxından müşahidə etməsi və
təcrübədə olduqları vaxtda bu fəaliyyətlərdə iştirak etməsi üçün şərait
yaradılır.
Fakültədə bakalavr və magistratura səviyyəsində tələbə
qəbulu və tədrisin təşkili həyata keçirilir. Hal hazırda fakültədə “Sosial iş”
ixtisası üzrə 358 tələbə bakalavr səviyyəsində və 15 tələbə magistratura səviyyəsində
təhsil alır. 2024-cü ilə qədər 250 tələbə “Sosial iş” ixtisası üzrə məzun olub.