Təsərrüfat şöbəsi Akademiyada əmlak və avadanlığın uçotunu aparır, Mühasibatlıq ilə birlikdə qanunvericiliklə müəyyən olunmuş qaydada əşya-hesablama işini təşkil edir və Akademiyada maddi-texniki və təsərrüfat təchizatını həyata keçirir;
İclasların və digər tədbirlərin hazırlanması və keçirilməsi üçün Akademiyanın struktur bölmələrinə texniki- təsərrüfat xidməti göstərilməsini təmin edir;
Akademiyada texniki avadanlığın, rabitə və nəqliyyat vasitələrinin, habelə digər əşyaların istifadəyə yararlı vəziyyətdə saxlanılmasını təmin edir və onların qorunub saxlanmasına nəzarət edir;
Akademiyada əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından qorunma qaydalarına əməl olunmasını təmin edir;
İnzibati binanın və avadanlıqların səmərəli istismarı üzrə iş aparır;
Səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.
Təsərrüfat şöbəsinin müdiri Baxşalıyev Mötəbər Tahir oğludur.