Maliyyə fakültəsi 2006-ci ildə yaradılıb.
Maliyyə fakültəsində “Maliyyə - kredit” və “Mühasibat uçotu və audit” ixtisası
üzrə tələbə qəbulu aparılıb. Fakültənin nəzdində “Maliyyə və mühasibat uçotu” və
“Ümumi riyaziyyat və təbiət elmləri fənləri” kafedraları fəaliyyət
göstərmişdir. Fakültəyə rəhbərliyi dos. Şirinov Süleyman Məlik oğlu, İbrahimov
Azər Vəzir oğlu, dos. Əliyev Əsgər İmaməli oğlu həyata keçiriblər.
İqtisadiyyat fakültəsi 2006-cı ildə yaradılıb.
Fakültədə “Əməyin iqtisadiyyatı və sosiologiyası”, “İqtisadiyyatın hüquqi
tənzimlənməsi”, “İqtisadiyyat”, “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları
üzrə tələbə qəbulu aparılıb. Fakültənin nəzdində “Ümumi iqtisadiyyat” və “Ümumi
humanitar və sosial fənlər” kafedraları fəaliyyət göstərmişdir. Fakültəyə
rəhbərliyi Hacıyev Kamal Fərəc oğlu, Mirzəyeva Hicran Əmirxan qızı, dos. Əliyev
Əsgər İmaməli oğlu həyata keçiriblər.
2019-cu ildə Maliyyə və İqtisadiyyat fakültələri
birləşdirilərək Maliyyə - İqtisad fakültəsi adlandırılmışdır. Hazırda fakültədə
5 ixtisas üzrə - “Maliyyə”, “Mühasibat”, “Marketinq”, “Dövlət və bələdiyyə
idarəetməsi”, “İqtisadiyyat” ixtisasları üzrə tələbə hazırlığı həyata
keçirilir. Fakültədə 3 kafedra “İqtisadiyyat və idarəetmə”, “Maliyyə və
mühasibat uçotu”, “Riyaziyyat və informasiya texnologiyaları” kafedraları
fəaliyyət göstərir. Fakültəyə rəhbərliyi i.ü.f.d.,dos. Nurəngiz Yanvar
qızı Mikayılova həyata keçirib. Hal-hazırda həmin vəzifədə i.f.d., dos. Lalə
Fəqail qızı Mahmudova çalışır. Ümumilikdə fakültədə 26 əməkdaş
çalışır, bunlardan 1 professor, 8 dosent, 4 fəlsəfə doktorudur.
Fakültədə 3 kafedra, 2 mərkəz,
1 laboratoriya fəaliyyət göstərir:
·
İqtisadiyyat və idarəetmə kafedrası
·
Maliyyə və mühasibat uçotu kafedrası
·
Riyaziyyat və informasiya texnologiyaları
kafedrası
·
İqtisadi Araşdırmalar Mərkəzi
·
Gender Araşdırmalar Mərkəzi
·
Maliyyə uçotu laboratoriyası