Tələbə Elmi Cəmiyyəti Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır. Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi-tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında akademiyanın işinə kömək etməkdən ibarətdir.
Akademiyada Tələbə Elmi Cəmiyyətinə Bağırzadə Aygün Əli qızı rəhbərlik edir.