Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Gender Araşdırmaları Mərkəzi” (GAM) fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd Azərbaycanda gender sahəsində olan problemləri araşdırmaq, ölkədə müvafiq sahədə aparılan tədbir və islahatları təhlil etmək, yeni fikir və ideyalarla çıxış etmək, fərqli təklifləri aidiyyəti orqanlara çatdırmaq, cəmiyyətdəki cinslərarası zorakılıq hallarının aradan qaldırılması yollarını aramaq, tələbələr arasında gender mədəniyyətinin formalaşmasında maarifləndirici işlər aparmaqdan ibarətdir. Bunun üçün Mərkəzə bu sahədə təcrübəsi olan mütəxəssislər, qabaqcıl tələbələr cəlb olunub.
Mərkəzin xətti ilə Akademiyada artıq üç dəfə “Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf” mövzusunda respublika konfransı keçirilib. Akademiyanın müəllimləri tərəfindən “Qadın: ailədə, cəmiyyətdə, təhsildə, dində, ədəbiyyatda” və “Gender asimmetriyası” adlı əsərlər yazılmışdır.