AHİK-in 26.08.2024-cü il
tarixdə keçirilən növbədənkənar VII qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Sahib Əli oğlu Məmmədov seçilib
2002-ci ildə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin icrası üzrə Azərbaycanda Avropa İttifaqı TACİS layihəsində ekspert işləyib.
2003-2004-cü
illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək
Ofisində "Europe House", BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs
vəzifələrində işləyib.
2004-2007-ci
illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə
müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri
vəzifələrində işləyib.
2009-cu
ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları
şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan
Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30
yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının
iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan
Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.
Azərbaycan
Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə
iqtisadiyyat nazirinin müavini təyin edilib.
Azərbaycan
Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci ildə "Dövlət
qulluğunda fərqlənməyə görə", 2018-ci
ildə "Tərəqqi" medalları ilə təltif olunmuşdur.