Cari il mayın 22-də Respublika Həmkarlar İttifaqı
Komitələrinin texniki müfəttişləri üçün 3 günlük kurslara başlanıb. Əməyin
mühafizəsinin hüquqi əsasları, əməyin təhlükəsizlik texnikası, dövlətin ekoloji
siyasəti, dəymiş ziyanın ödənilməsi, əmək şəraitinin xüsusi qiymətləndirilməsi,
əməyin mühafizəsi və ekoloji təhlükəsizlik, iş yerlərində fiziki aktivlik,peşə
xəstəlikləri və s.məsələlər bu kurslarda
müzakirə mövzusuna çevrildi. Yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq,
Dövlət Texniki Müfəttişliyi, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AR Səhiyyə
Nazirliyinin “V.Y.Axundov Profilaktika İnstitutu” publik hüquqi şəxsi və
İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqı
Konfederasiyasının peşəkar qurumlarının
mütəxəssisləri dəvət olunmuşdu.
Kursun
ilk günü seminarın mövzusu ilə bağlı fəal müzakirələr keçirilmişdi.