Cari ilin mayın 2-də Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasında yeni seçilmiş həmkarlar ittifaqı təşkilatında komitə
üzvləri və fakültələrin həmkarlar ittifaqı bürosu üzvləri üçün seminar
keçirilib. Seminarın əvvəlində həmkarlar ittifaqı fəalları və seminarı keçirmək
üçün dəvət olunmuş həmkarlar ittifaqı orqanlarının məsul işçiləri ilə birgə
kollektiv şəkil çəkdirildi. Sonra qonaqlar - Mirzə Cəfərzadə- Təhsil
İşçiləri Həmkarlar İttifaqının sədr müavini, Abbasəli, Rüstəmli - “Tağıyev
Operating Company” MMC HİK sədri , Rübabə Məmmədova- Akademiyanın həmkarlar
ittifaqı təşkilatının sədri , Raziyyə Maniyeva- həmkarlar ittifaqı kadr və fəallarının
ixtisasartırma və yenidən hazırlama şöbəsinin
müdiri və seminar iştirakçıları kiçik konfrans zalına dəvət
olundular.
Seminarı
giriş sözü ilə Maniyeva Raziyə açdı, proqramı təqdim etdi, sonra söz Cəfərzadə
Mirzəyə verildi. Öz çıxışında o, cəmiyyətdə həmkarlar ittifaqı təşkilatlarının
fəaliyyəti, onun rolu və yeri, təhsil sahəsində həmkarlar ittifaqlarının, gənclərin
həvəsləndirilməsindən, xüsusi tələbə həmkarlar
ittifaqı komitələrinin fəaliyyətindən danışdı. Daha sonra söz Abbasəli Rüstəmliyə
verildi. O, rəhbərlik etdiyi müəssisənin həmkarlar ittifaqı təşkilatında
keçdiyi məqsədyönlü yoldan, xüsusən də həmkarlar ittifaqı rəhbərinin kollektivdə
əhəmiyyətli rolundan, onun imicinin formalaşmasından, səciyyəvi xüsusiyyətlərindən,
onun komanda üzvləri, müəssisə rəhbərliyi ilə ünsiyyəti və s. haqqında danışdı.
Seminarın sonunda müzakirə olunan məsələlər ətrafında geniş müzakirələr
aparılıb.
Seminarın
yekununda Akademiyanın həmkarlar ittifaqı təşkilatının sədri Rübabə Məmmədova çıxış edərək dəvət olunmuş
qonaqlara maraqlı təqdimatlarına, lazımlı məsləhətlərinə görə təşəkkürünü
bildirib, bu çox zəruri və maraqlı işdə hər kəsə uğurlar arzulayıb.