İyunun 7-də
“Layihənin idarə edilməsinin(menecmentinin) əsasları” mövzusunda gənc həmkarlar ittifaqı fəalları, təlimatçılar,
həmkarlar ittifaqı gənclər şura sədrləri
və üzvləri üçün 5 günlük kurslar başa çatıb.
Son gün “Mən
obrazı və həmkarlar ittifaqı rəhbərinin özünü təqdimatı, ictimai çıxışın
hazırlanması, natiqlik və ifaçılıq bacarığı”problemləri ilə bağlı psixoloq Məsməxanım Haxşyıeva tərəfindən
keçirilən təlim fəal müzakirə şəkilndə keçirildi. Təlimdə onlar eşitdikləri, cəmiyyətdə, ümumilikdə iş və həyat fəaliyyətində
necə həyata keçirə biləcəkləri haqqında müzakirə etdilər.
Sonra Zülfiyyə
Nağıyevanın - DOST Agentliyi əməkdaşı proqrama uyğun olaraq sosial layihə
hazırlanması ilə bağlı təlimi başladı. Qeyd etmək lazımdır ki, kurs
iştirakçıları seminarın ikinci günündə tapşırıq alıblar və bu gün onlar öz
layihələrini müdafiə etməli olublar. Giriş nitqindən sonra kurs iştirakçıları
tapşırığa qatılıb və onun icrasına keçblər. Qeyd edək ki, layihənin hər bir müəllifi
çox kreativ idi və günün tələblərinə cavab verirdi. Layihələri qeyd etmək istərdim:
“Tələbələrin yay düşərgəsi” (müəllif Məmmədzadə Mirzəbala-BDU nəzdində
İqtisadiyyat və Humanitar Kollecinin tələbəsi)
layihəsi slaydlar formasında təqdim olundu. Xüsusilə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin tələbələrinin yaradıcı yanaşmasını qeyd etmək lazımdır:
Musayeva Nərmin “Birlikdə əylənək”, Qurbanova Cəmilə “ İnklüziv şəhər”,
Qafarova Sevil- “ Yaşıllığa təmizlik”, Məmmədova Aliyə- AR Müdafiə Nazirliyinin
Bakı Hərbi kolleci “Ucqar kəndlərdə anaların inkişafı”, Həsənzadə Gündüz
-Füzuli rayonun həmkərlar ittifaqı komitəsinin təlimatçısı və Əliyev Kənan AR
İqtisadiyyat Nazirliyinin Həmkarlar ittifaqı komitəsinin təlimatçısı qrup şəklində
“ Ucqar kəndlərdə uşaqların təhsili”
mövzusunda layihə hazırlayıblar.
Ümumilikdə kurslarda iştirak edənlərin hamısı fəal idi və mən burada öz
təşəbbüsü ilə təlimin maraqlı anlarını çəkmiş Kərimli Gülnar- xanımı qeyd etmək
istərdim və buna görə ona çox təşəkkür edirəm.
Çıxışın sonunda
təlimin rəhbəri Nağıyeva Zülfiyyə xanım iştirakçılara təşəkkür
etdi və sonra kiçik rəmzi hədiyyələr təqdim olundu.
Nəticələrə
yekun vurulduqdan və hədiyyələr təqdim edildikdən sonra gənc həmkarlar ittifaqı
liderlərə gələcək birgə iş və dostluq əlaqələri üçün sertifikatlar, tədris
materialları olan disklər və seminar iştirakçılarının əlaqə məlumatları əks
olunmuş siyahıları təqdim olunub.
Kurs
iştirakçıları məşğələlərin təşkilinə və səmərəli fəaliyyətinə, peşəkar biliklərinə
görə təşkilatçılara - Akademiyanın rəhbərliyinə, müəllimlərə və təlimatçılara-
Məsməxanım Hacıyeva,Könül Mikayılova, Nailə Qəhramanova Zülfiyyə Nağiyeva,AR Rəqəmsal
və Nəqliyyat İnbkişaf nazirliyinin əməkdaşları-Lalə Kərimova, Heydər Şükürov,
Murad Əhmədov, Bəxtiyar Quliyev minnətdarlıqlarını bildirmiş və Abbasəli Rüstəmlinin
həmkarlar ittifaqı əsas istiqamətlərinin dərindən, bu gün həmkarlar ittifaqı təşkilatının təşkilati
işinin xüsusiyyətləri, gənclərin həmkarlar ittifaqında motivasiyasına dair yeni
yanaşmalar izahına görə təlimini xüsusi qeyd etmişdilər.
Sonda kurs
iştirakçıları sertifikatlarla birlikdə fotoşəkillər çəkdirdilər.
Qeyd etmək istərdim
ki, bu, təkcə mənim, dövlət
qurumlarından dəvət olunmuş mütəxəssislərin də fikridir ki, bu kursların dinləyiciləri
gənc həmkarlar ittifaqı üzvləri böyük yaradıcılıq və intellektual potensiala
malikdirlər ki, bu da həm bütövlükdə həmkarlar ittifaqı üçün, həm də dövlətimizin
inkişafı və həmkarlar ittifaqı hərəkatının təkmilləşdirilməsi üçün çox böyük nəticələr verə bilər. Bunu xüsusilə
onların hazırladıqları layihələr göstərdi və
belə gənclərin olması çox sevindiricidir. Bu gənclərə həmkarlar ittifaqı
həyatı okeanında uğurlu yol və uğurlu naviqasiya arzulayırıq.