18
sentyabr 2024-cü il tarixində 5 günlük kursların dinləyicilrinin diqqət mərkəzində
Azərbaycan həmkarlar ittifaqlarının strukturu, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası və Həmkarlar İttifaqı Respublika Komitəsinin funksiyaları və ən
əsası həmkarlar ittifaqı təşkilatının rolu və istiqamətlərinin fəaliyyəti olmuşdur.
Çıxış
edənlər Hökümə Əkbərova-Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının-baş
mühasibi, Sahil Aslanov- – AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondu Aparatının Pensiya təminatı departamentinin “Qanunvericilik
məsələləri” şöbəsinin müdiri Cəmaləddin İsmayılov- “ Xidmət-iş “ Hİ Federasiyasının
vitse-prezidenti hər biri mövzunun əsas aspektlərini açıqladı, sualları
peşəkarcasına və əsaslı şəkildə cavablandırdı. Təlimçilər dinləyicilərin diqqətini
bu mühüm təşkilati və sosial problemlərin həyata keçirilməsində həmkarlar ittifaqı
təşkilatlarının roluna yönəldiblər.