logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Seçilmiş həmkarlar ittifaqı kadrları ilk dəfə kurslara qayıdırlar


image small

Sentyabrın 16-da yeni seçilmiş həmkarlar ittifaqı işçiləri üçün növbəti kurslar başlayıb. Kursların mövzusu “Həmkarlar ittifaqı işinin əsas istiqamətləri" olub. Kursun proqramına aşağıdakı mövzular daxildir:

Azərbaycanda həmkarlar ittifaqlarının təşkilati strukturu: AHİK, HİRK, həmkarlar ittifaqı təşkilatı. Həmkarlar ittifaqının nizamnaməsi təşkilati-hüquqi fəaliyyətin əsası kimi”, «Həmkarlar ittifaqı təşkilatının təşkilati işi: əsas istiqamətləri, vəzifələri”, “Həmkarlar İttifaqlarının fəaliyyətinin hüquqi əsasları və təminatları”, “Həmkarlar ittifaqları təşkilatında maliyyə işinin əsasları qanunvericilik sənədləri, əsas istiqamətlər”, “ Əməyin mühafizəsi işinə normativ və hüquqi təminat. Əməyin mühafizəsinin təşkili və işçilərin əməyin mühafizəsi hüquqlarının təmin edilməsi. Həmkarlar ittifaqının əməyin mühafizəsi və təhlükəsizliyi üzrə müvəkkili: əsas iş funksiyalar”, “Fərdi və kollektiv əmək mübahisələri və onlara baxılma qaydaları”, “ Danışıqlar- mübahisələrin həllinin əsas mərhələsi kimi”,Əmək sahəsində sosial tərəfdaşlıq, əsas prinsiplər. Sosial tərəfdaşlığın tərəfləri və səviyyələri”, “Sosial-əmək münasibətlərinin tənzimlənməsi komissiyası. Kollektiv müqavilə: anlayış, struktur və məzmun”, “Həmkarlar ittifaqları təşkilatının: informasiya işi: yeni formatı”, “Azərbaycanda pensiya sistemi: reallıq və perspektivlər”, “Azərbaycanda əhalinin sosial müdafiəsi”, “Sosial sığorta risklərinin növləri, idarəetmə orqanları, maliyyələşmə mənbələri”, “Həmkarlar ittifaqı rəhbəri nəyi bilməlidir? Həmkarlar ittifaqı rəhbəri öz komandasını formalaşdırmaq üçün hansı keyfiyyətlərə malik olmalıdır? Həmkarlar ittifaqı işini təşkil etmək üçün hansı bilikləri əldə etdiniz?”, “İşgüzar ünsiyyət psixologiyası. Ünsiyyət bacarıqlarının inkişafı”,Əməyin motivasiyası, müasir işçinin ehtiyacları”, “Motivasiya prosesi üçün informasiya dəstəyi. Motivasiya tədbirlərinin təşkili”. «Kibertəhlükəsizlik: bank kartlarının təhlükəsizliyi üçün nəyi bilməliyik”.

Adı çəkilən mövzuların keçirilməsi üçün həmişə olduğu kimi, Nazirliklərin, Dövlət qurumlarının və həmkarlar ittifaqı orqanlarının məsul işçiləri, təcrübəli həmkarlar ittifaqı sədrləri dəvət olunublar: Fəridə Hacıyeva – AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək siyasəti ” şöbəsinin “ Əmək siyasəti təkmiləşdirilməsi” sektorunun baş məsləhətçisi, Rüstəm Müzəffərov-– AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin “Kibertəhlükəsizliyin idarə edilməsi” sektorunun aparıcı məsləhətçisi, AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Aparatının əməkdaşları Sahil Aslanov, Pensiya təminatı departamentinin “Qanunvericilik məsələləri” şöbəsinin müdiri Arzuman Pirəliyev - Fərdi uçota nəzarət və sosial sığorta departamentinin “ Sosial sığorta” şöbəsinin mütəxəssisi, Elxan Çərkəzov - Dövlət Əmək Müfəttişliyin Xidmətinin “Əməyin mühafizəsi” sektorunun müdiri, Məsməxanım Hacıyeva- “ Senur” Psixoloji Mərkəzin psixoloqu, Cəmaləddin İsmayılov- “Xidmət-iş “Hİ Federasiyasının vitse-prezidenti, Abbasəli Rüstəmli -– “Tagiyev Operating Company” MMC HİK sədri, Nəzakət Mahmudova -Teleradio İB HİK sədri, Hökümə Əkbərova-Azərbaycan Əmək və sosial Münasibətlər akademiyasının baş mühasibi.

Dərslərin ilk günü iştirakçıların hər birinə suallar verildi: özlərini təqdim etsinlər, onları həmkarlar ittifaqı işinə nə cəlb etdiyini və bu seminardan nə gözlədiklərini, hansı fikir və ümidlərlə gəldiklərini izah etdilər. Ümumiyyətlə, cavablar ümumi xarakter daşıyırdı, lakin əsasən həmkarlar ittifaqı işinin əsaslarını dərindən başa düşmək, həmkarlar ittifaqı komitələrinin sədrlərinin öz işçilərinin mənafeyini necə müdafiə etmələri və s. ilə bağlı idi.

Sonda kurs iştirakçıları ilə dərslərin ilk günü haqqında fikir mübadiləsi aparıldı.

19.09.2024  [ 05:03 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.