Tədbirdə şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan
Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən dos. Yusif Ağayev 2 fevral - Azərbaycan Gəncləri Gününün Ulu
Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən hər
il qeyd edildiyini diqqətə çatdırdı. O, dahi şəxsiyyət Heydər Əliyevin 1997-ci
ildə imzaladığı fərmanla təsis olunan əlamətdar günün Azərbaycan gənclərinin
cəmiyyətdəki roluna verilən yüksək qiymət olduğunu bildirdi. Natiq qeyd etdi
ki, Ulu Öndərin gənclərə etimadı bu gün təsdiqini tapmaqdadır. Hazırda
ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə
Prezidenti İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qərarları
ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici
ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli
istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı
üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Daha sonra dos.Y.Ağayev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun
gənclər siyasətinə verdiyi dəstək barədə fikirlərini bildirdi, bu istiqamətdə
AHİK Könüllüləri proqramının yaradılmasının əhəmiyyətini qeyd etdi. O, ölkənin
uğurlu inkişafında gənclərin rolunu, onların bilik və bacarıqlar əldə
etmələrinin vacibliyini, əmək bazarında rəqabətə davamlı olmaları üçün əldə
edəcəkləri təcrübənin əhəmiyyətini vurğuladı. Tədbirdə “Sosial iş” fakültəsinin
dekanı dos. N.Y. Mikayılova, “Maliyyə-İqtisad” fakültəsinin dekanı dos.
L.F.Mahmudova, TGT sədri Ö. Sərxanlı çıxış etdilər.
2 Fevral-Azərbaycan
Gəncləri Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra Akademiyanın
ictimai həyatında fəal iştirak etmiş bir qrup gənc Fəxri Fərmanla təltif
olundu.
Tədbirin rəsmi hissəsi
bitdikdən sonra iştirakçılar ağacəkmə aksiyasında iştirak ediblər.