Bugünkü kurs sosial müdafiənin, əməyin
mühafizəsinin əsasları və əməyin əsas vacib aspektlərindən biri bağlı idi.
“Senur” Psixoloji Mərkəzin psixoloqu Məsməxanım
Hacıyeva “Əməyin
motivasiyası, müasir işçinin ehtiyacları. Motivasiya prosesi üçün informasiya dəstəyi.
Motivasiya tədbirlərinin təşkili” mövzusunu açmaqla onun psixoloji əsaslarını,
yəni: motivasiya
anlayışı,
maraqlar,
həvəskarlar, motivlər, motivasiya
prosesi, motivasiya bir insana necə təsir edir kimi anlayışları həmkarlar
ittifaqı komitəsinin sədri rolu ilə məharətlə əlaqələndirə bildirdi.
AR
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu
Aparatının Fərdi uçota nəzarət və sosial
sığorta departamentinin “ Sosial sığorta” şöbəsinin mütəxəssisi Arzuman Pirəliyev dinləyiciləri bu gün Respublikada əhalinin
sosial müdafiəsi ilə bağlı qanunvericilik və normativ-hüquqi aktlarla tanış elədi, “Sosial sığorta haqqında” qanun, sosial sığorta risklərinin
növləri, idarəetmə orqanları, maliyyələşmə mənbələri və s. mövzularda çıxış
etdi.
Bu günün
sonunda AR Əmək və Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyin
xidmətinin “Əməyin mühafizəsi”
sektorunun müdiri Elxan Çərkəzov əməyin
mühafizəsi işinə normativ və hüquqi təminat, əməyin mühafizəsinin təşkili və işçilərin
əməyin mühafizəsi hüquqlarının təmin edilməsi, həmkarlar ittifaqının əməyin
mühafizəsi və təhlükəsizliyi üzrə müvəkkili: əsas iş funksiyaları
haqqında ətraflı çıxış edib və onların suallarını səriştəli şəkildə
cavablandırıb.
Mütəxəssislərin
çıxışları ilə müşayiət olunan bacarıqlı və peşəkarcasına hazırlanmış təqdimat
kurs iştirakçılarının diqqətini çəkdi.