logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.


image small

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

27 sentyabr 2024-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Anım günü tədbiri keçirildi. Tədbiri giriş sözü ilə Akademiyanın  “Tədris  və tərbiyə işləri” üzrə prorektoru Nurəngiz Mikayılova açaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldığını qeyd etdi. Akademiyanın məzun şəhidləri, Akademiyada təhsil alan müharibə iştirakçılarının bizim fəxrimiz olduğu qeyd olundu. 

Dərslər də Anım günü həsr olunmuş, müxtəlif videoçarxlar izlənilmiş, tələbələrin və müəllimlərin Vətən mövzusunda çıxışları dinlənilmişdir. 

Qəlbi Vətən sevgisi ilə dolu olan xalqımızın fədakar övladları yüz illər əvvəl olduğu kimi bu gün də Vətəni qorumaq üçün fədakarlıq edirlər. I və II Qarabağ müharibəsində qəhrəmanlıq edən, şücaət göstərən, şəhidlik zirvəsinə yüksələn oğullarımızı da bu yola Vətən sevgisi, yurd sevdası sövq etdi. 

Dərin hörmət, zəfər, qürur və iftixarla anırıq.

27.09.2024  [ 11:20 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.