26.09.2024 il tarixdə Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi Hacıyeva Aysel TTK haqqında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında maarifləndirici görüş keçirdi.
Öncə AƏSMA-nın rektoru professor Hüseyn Qaraşov tədbiri giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamladı, görüşün əhəmiyyətindən danışdı, dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs etdi. Fondun əməkdaşı Aysel xanım Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən tələbələr arasında geniş maarifləndirmə işlərinin aparılmasından, bugünkü görüşün də həmin maarifləndirmə işinin davamı olmasından söz açdı. Görüşün əsas məqsədinin tələbələrə təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və digər yeniliklər barədə ətraflı məlumatların verilməsi olduğunu vurğulayan Aysel xanım sonda tələbələri maraqlandıran sualları cavablandırdı və təkliflər dinlənildi.