Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasında həmkarlar ittifaqı kadr və fəallarının təhsili və
ixtisasartırılması təsdiq edilmiş planına uyğun olaraq cari il aprelin 1-dən həmkarlar
ittifaqı işçiləri üçün kurslara başlanıb. Bu il 34 kursda, 582 nəfər həmkarlar ittifaqı işçilərinin
hazırlanması nəzərdə tutulub 3 günlük kurslarda-16, 4 kurs Aviasiya, Neft Sənayesi və Avtomobil Nəqliyyatı işçilərinin həmkarlar ittifaqı müəssisələrində təşkil olunacaq, 5 günlük -16, 4 günlük -1, 14 günlük-1, 10 günlük -1. Bu il həmkarlar ittifaqı kadr və fəalları üçün kurslarla yanaşı, həmçinin müvafiq sahələr üzrə həmkarlar ittifaqı orqanlarının aparatları daxil ediləcək: təşkilati işlər və məlumat üzrə - 12 nəfər, sosial - əmək münasibətləri üzrə - 16 nəfər, həmkarlar ittifaqı maliyyə işi üzrə - 19 nəfər,
sosial-iqtisadi məsələlər üzrə - 25 nəfər, əməyin mühafizəsi və təhlükəsizliyi
üzrə - 20 nəfər, beləliklə, 92 nəfər kuslarda iştirak edəcəklər.
Bütün istiqamətlər üzrə
həmkarlar ittifaqı fəalları üçün 3
günlük kurslara aprelin 1-dən “Həmkarlar ittifaqı təşkilatında fərdi və
kollektiv əmək mübahisələrinin həllində həmkarlar ittifaqlarının hüquqi
müdafiəsi təcrübəsi” mövzusunda başlanəb. Kursun proqramına aşağıdakı
mövzular daxil edilib: “Həmkarlar
ittifaqları haqqında” AR Qanunu və AR Əmək Məcəlləsi həmkarlar ittifaqlarının
sosial -əmək münasibətlərinin tənzimlənməsində iştirak etmək hüquqları”, “Fərdi əmək mübahisələri və onlara baxılma
qaydaları”, “Həmkarlar ittifaqlarının qanunvericilik fəaliyyətində iştirak
etmək imkanları. Həmkarlar ittifaqı nümayəndələrinin sosial-əmək sahəsinə aid
qanun layihələri hazırlanarkən komissiyalarda iştirakı və onların
ekspertizası”, “Kollektiv əmək mübahisələri və onlara baxılma qaydaları.
Danışıqlar. - mübahisələrin həllinin əsas mərhələsi kimi”, “İşgüzar ünsiyyət
psixologiyası. Ünsiyyət bacarıqlarının inkişafı.”, “Münaqişələr: onların aradan
qaldırılması və həlli yolları”, “Həmkarlar ittifaqı təşkilatlarının və onların
rəhbərlərinin işində münaqişəli vəziyyətlərin təhlili və həlli”. “İşəgötürənlə
müəssisənin işçisi arasında yaranmış münaqişəli vəziyyətin həlli”, “Münaqişə
vəziyyətində vasitəçinin rolu”.
Danışıqların nəticələrinin
təhlili. Danışıqlara hazırlıq.Danışıqların başlanması. Əsas hissə. Problemin
müzakirəsi. Kursun sonunda təcrübə mübadiləsi ilə yanaşı, bu mövzu ətrafında
testlər aparılıb.
Məşğələlərin keçirilməsi
üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, AR Rəqəmsal İnkişaf və Nəqliyyat, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının, AR Təhsil İnstitutunun, Psixologiya Mərkəzinin mütəxəssisləri dəvət olunmuşlar: Könül Mikayılzadə- Azərbaycan Respublikası Təhsil İmstitutun “Təhsilin nəzəriyyəsi və tarixi” şöbəsinin böyük
elmi işçisi, Elşad Əliyev-AR Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin “Dövlət qulluğu və kadr məsələləri” şöbəsinin
müdir müavini, Lalə Kərimova – AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
“Strateji təhlil” şöbəsinin müdir müavini, Ruslan Bağırov – AHİK-in hüquq şöbəsinin müdir
müavini, Cəmaləddin İsmayılov-
“Xidmət-İş” Hİ Federasiyasının vitse-prezidenti, Nəzakət Mahmudova –
“Teleradio” İB HİK sədri.
Kurs proqramı
elə tərtib edilmişdir ki, dinləyicilər bu problemin qanunvericilik aktları ilə tanış olmaqla yanaşı praktiki vəziyyətləri araşdırıblar.
Kursların sonunda dinləyicilər öz sorğu anketlərində bütün kurs təşkilatçılarına, dövlət qurumlarından və həmkarlar ittifaqı təşkilatlarından dəvət olunmuş mütəxəssislərə minnətdarlıqlarını bildiriblər.
Kurs iştirakçılarına dinlədikləri proqramın elektron variantı və kollektiv şəkilləri təqdim olunub