logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının TEC sədri və fəalları Xocalı soyqırımı abidəsini ziyarət ediblər


image small
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi,TEC sədri Aygün Bağırzadə və TEC fəalları Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Tələbələr soyqırımı abidəsinin önünə gül dəstələri düzmüş, faciə qurbanlarının xatirələrini ehtiramla anıblar.
Qeyd etmək lazımdır ki, sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə erməni silahlı dəstələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş Xocalı şəhərini yerlə-yeksan edib. Erməni vandallarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
26.02.2024  [ 06:33 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.