Bu il dekabrın
15-də gənc həmkarlar ittifaqı liderləri üçün korporativ təlim kursları başa
çatıb. Kursun sonunda tələbələr Abbasəli Rüstəmli-
“Taghiyev Operating Company” MMC HİK-in sədri tərəfindən həmkarlar ittifaqı təşkilatında
korporativ təlimin təşkili ilə bağlı müzakirələr aparıb, daha sonra “İctimai
çıxış və özünütəqdimat” mövzusunda psixoloji təlim keçiblər və təcrübəli təlimatçılar
Əli Xəlilov Aytəkin Alqayeva tərəfindən çox maraqlı oyun şəkilində
keçirilən “Komanda və lider” və sonda müasir dünyamızda əsl
liderin necə olması lazım olduğu Elnur
Əliyevin- Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının
dekanı, siy.f.d.,dos. bəzi tövsiyələrini dinlədilər. Bu mövzuda danışıb,
çıxışı böyük diskussiya səbəb olub,
çoxsaylı suallar, dinləyicilərin təklifləri
ilə çıxış edib, Elnur Əliyevin yeni görüşlər arzulayıblar.
Dinləyicilərin arasında Aslanov Rasim, Mahmudova Ünay, 2 nömrəli Bakı
Baza Tibb Kolleci tələbələri Həsənova Xədicə, Hacılı Mələk , Həsənov Həsən və Şirinova Gülsarə Milli Hidrometeorologiya xidməti əməkdaşları fəal
olublar.
Sonda gənc həmkarlar
ittifaqı liderlərini həyəcanlandıran maraqlı proqrama və aktual mövzulara görə Akademiya
rəhbərliyinə, kurs təşkilatçılarına, bütün təlimçilərə,
o cümlədən Abbasəli Rüstəmli, Turan Şabanov, Əli Xəlilov, Aytəkin Alqayeva, Zeynəddin Şabanova təşəkkürlərini bildiriblər və eyni tərkibdə yenidən
kurslara dəvət olunmalarını arzulayıblar.
Yekunda dinləyicilərə sertifikatlar, elektron formada bütün metodiki
vəsaitlər təqdim olunub, qrup şəklində fotoşəkillər çəkilib.