Cari ilin 18 sentyabr tarixlərindən
etibarən “Həmkarlar ittifaqı lideri ” mövzusu ilə bağlı 2 aylıq kurslar
keçirilməyə başlanılmışdır. Kurslarda Həmkarlar ittifaqı sədrləri, gənc
həmkarlar ittifaqı lideri, həmkarlart ittifaqı komitə üzvləri, təlimatçılar,
ümumilikdə 10 nəfər iştirak edib.
Tədris proqramına aşağıdakı
mövzular daxil edilmişdir: “Həmkarlar
ittifaqlarında səmərəli rəhbərlik. Rəhbərliyə təsir üsulları. Lider obrazı”, “Həmkarlar
ittifaqı işinin idarəetmə əsasları. Həmkarlar ittifaqı təşkilatı idarəetmə obyekti kimi”, “Həmkarlar ittifaqı
üzvlüyünün motivasiyası. Gənclərlə işin əsasları”, “Gənclərin motivasiyasının
xüsusiyyətləri, gənc işçilərin motivasiyasını artırmaq üçün AHİK-in və HİRK-in
fəaliyyəti”, “Həmkarlar ittifaqlarının
kadr siyasətinin əsas anlayışları və alətləri. Kadr ehtiyatı ilə iş üsulları.
Həmkarlar ittifaqı işçilərinin davamlı, məcburi innovativ təhsili”,
“Kargüzarlıq həmkarlar ittifaqı təşkilatında”, “Treninq : İctimai çıxış, onlara
hazırlıq. Tamaşaçılarla işləmək üsulları. İşgüzar görüşlərin, söhbətlərin,
danışıqların təşkili və keçirilməsi. Bədən dili”, “Hesabat-seçki
kampaniyasının hazırlanması və keçirilməsində həmkarlar ittifaqı təşkilatının
işinin əsas istiqamətləri”.
Dərsin keçirilməsi üçün dövlət
qurumlarından mütəxəssislər dəvət olunub, o cümlədən: AR Əmək
və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları: Hacıyeva Fəridə - “Əmək
siyasəti” şöbəsinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun baş
məsləhətçisi, Dövlət Sosial Müdafiə Fondu yanında Pensiya təminatı departamenti
“Qanunvericilik məsələləri” şöbəsinin şöbə müdiri və “Fərdi uçota nəzarət və
sosial sığorta” departamenti “Sosial sığorta” şöbəsinin mütəxəssisi: Sahil
Aslanov, Azərbaycan
Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası dekanı: Elnur
Əliyev, “Binəqədi
OYL” şirkətinin HİK sədri: Bağıyev Cavanşir, Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasının Baş mühasibi Hökümə Əkbərova, Azərbaycan Əmək və
Sosial Münasibətlər Akademiyasının
psixoloqu: Deniz Metin Həsənova.
Dəvət olunmuş mütəxəssislərə müvafiq mövzularda peşəkar təqdimatlar
edilmişdir. Kurs iştirakçıları dəvət olunmuş mütəxəssislərə minnətdarlıqlarını
bildirmiş, mövzuların müzakirəsində fəal iştirak etmiş, əməkhaqlarının,
pensiyaların və s. yaxşılaşdırılması ilə bağlı təkliflərini vermişlər.
Kursların sonunda həmkarlar ittifaqı üzvləri belə kursların sistemli şəkildə
təşkilinə və keçirilməsini təklif etdiklərinə görə minnətdarlıqlarını
bildiriblər.