Cari ilin 11 və 12 sentyabr
tarixlərində “Həmkarlar ittifaqlarının işçilərin əməyinin ödənilməsinin tənzimlənməsindəki
fəaliyyəti :qanunvericilikdə yeniliklər, yeni yanaşmalar” mövzusu ilə
bağlı 3 günlük kurslar keçirilib. Kurslarda həmkarlar ittifaqı komitələrinin sədrləri
və sosial-iqtisadi məsələlər üzrə komissiya sədrləri və həmkarlar ittifaqı üzvləri,
ümumilikdə 34 nəfər iştirak edib.
Tədris
proqramına aşağıdakı mövzular daxil edilmişdir: “AR Əmək məcəlləsi: yeniiklər, dəyişikliklər,
əlavələr”, “2023-cü ildə əməkhaqqı: qanuni tələblər. Əməkhaqqı tələbləri. Məzuniyyət
haqqının ödənilməsi şərtləri; əməkhaqqının gecikdirilməsinə görə məsuliyyət.
Vaxt cədvəli. Elektron xəstəlik məzuniyyətinin tətbiqi. Normadan kənara çıxan şəraitdə
işə görə (iş vaxtından artıq iş, həftə sonları və bayram günlərində iş, gecə
vaxtı və s.)”, “Kollektiv müqavilə hüquqi akt kimi. Sosial tərəfdaşlığın
qanunvericilik əsasları. Kollektiv müqavilənin hüquqi statusu. Layihənin
hazırlanması və kollektiv müqavilənin bağlanması üzrə kollektiv danışıqların
aparılması”, “Vətəndaşların
pensiya hüquqlarının formalaşdırılmasının yeni qaydaları, Azərbaycanda özəl
pensiya fondları: perspektivlər, beynəlxalq təcrübə», “Sosial sığorta haqqında
AR qanunu: yeniliklər”. Yekun dərsdə mövzu ilə bağlı-“Kollektiv
müqavilələrdə əməkhaqqının tənzimlənməsinin kompleks məsələləri” Kollektiv
müqavilədə “Əməkhaqqı” bölməsinin formalaşdırılması. Tipik səhvlər”- adlı işgüzar oyun keçirildi.
Dərsin
keçirilməsi üçün aşağıdakı dövlət qurumlarından mütəxəssislər dəvət olunub: AR Əmək
və Əhalinin Sosial Müdafiə Nazirliyin əməkdaşları: Hacıyeva Fəridə-“Əmək siyasəti”
şöbəsinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun baş məsləhətçisi və Rəşad- Əhmədov-“Əmək qanunvericiliyinin tətbiqi
“sektorunun müdiri, Rauf Əliyev-“Dövlət qulluğu və kadr məsələləri” şöbəsinin
müdir müavini, Sahil Aslanov – AR Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamenti “Qanunvericilik
məsələləri” şöbəsinin şöbə müdiri və “Fərdi uçota nəzarət və sosial sığorta”
departamenti “Sosial sığorta ”şöbəsinin mütəxəssisi. Kursların mövzusuna uyğun olaraq, psixoloji aspektlərdə
olan mövzular da daxil edilib, “Özünüidarəetmə
liderlik- uğur amili kimi” və “İşgüzar
ünsiyyətin psixologiyası. İşgüzar sosial ünsiyyət dili. Effektiv danışıqlar” adlı
mövzuları müzakirə şəklində Akademiyanın psixoloqu Güldeniz Metin Hasanova
aparırdı.
Dəvət
olunmuş mütəxəssislərə müvafiq mövzularda peşəkar təqdimatlar edilmişdir. Kurs
iştirakçıları dəvət olunmuş mütəxəssislərə minnətdarlıqlarını bildirmiş,
mövzuların müzakirəsində fəal iştirak etmiş, əməkhaqlarının, pensiyaların və s.
yaxşılaşdırılması ilə bağlı təkliflərini vermişlər.