Cari
ilin 19 - 21 sentyabr 2023-cü il tarixlərində “Həmkarlar İttifaqı liderin universal sosial səlahiyyətləri
laboratoriyası” mövzusu ilə bağlı 3 günlük kurslar keçirilib. Kurslarda
Həmkarlar ittifaqı fəalları, həmkarlar ittifaqı büro təşkilatçıları, ümumilikdə
17 nəfər iştirak edib.
Tədris
proqramına aşağıdakı mövzular daxil edilmişdir: “Motivasiya” termini bizim üçün nə deməkdir?, “Liderin universal sosial
səriştələri”, Həmkarlar ittifaqı təşkilatının səmərəli idarə edilməsi üçün zəruri
olan şərtlər və əsas funksiyalar. Həmkarlar ittifaqları hüquqi bazası (AR
Həmkarlar ittifaqı haqqında qanun, AR Əmək Məcəlləsi, Baş Saziş, Kollektiv
müqavilə, Həmkarlar ittifaqlarının təşkilati fəaliyyətinin əsasları -Həmkarlar
ittifaqlarının informasiya siyasəti, kadrlarla işdə istifadə olunan
aktivləşdirmə üsulları. Təşkilatın üzvləri və qeyri-üzvləri üçün stimullaşdırma
və motivasiya üsulları. Sosial-əmək məsələlərinin həllində sosial tərəfdaşların
qarşılıqlı əlaqəsinin təcrübəsi, Həmkarlar ittifaqı təşkilatına cəlb olunmaq
üçün motivasiya. Həmkarlar ittifaqı üzvlüyünün motivasiyasına müasir
yanaşmalar.;
Yekun panel diskussiya. Həmkarlar
ittifaqı təşkilatının fəaliyyətinin məzmunu. Həmkarlar ittifaqı üçün nə maraqlı
ola bilər? Həmkarlar ittifaqı təşkilatının təşviqi üçün zəruri tədbirlər.
Dərsin
keçirilməsi üçün aşağıdakı dövlət qurumlarından mütəxəssislər dəvət olunub: AR
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin əməkdaşları: Hacıyeva Fəridə - “Əmək siyasəti” şöbəsinin Əmək siyasətinin təkmilləşdirilməsi
sektorunun baş məsləhətçisi, Rauf Əliyev
- Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, Namiq Cəfərov- Dövlət Əmək Müfəttişliyi
Aparatının “Əməyin mühafizəsinə nəzarət” şöbəsinin “Bədbəxt hadisələrin
araşdırılması” sektor müdiri, Elnur
Əliyev - Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik
Akademiyasının dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, Ruslan Bağırov- AHİK-in hüquq şöbəsinin müdir müavini,Cəmaləddin İsmayılov - “Xidmət-İş” HİF vitse-prezidenti, Deniz Metin Həsənova - Azərbaycan Əmək
və Sosial Münasibətlər Akademiyasının
psixoloqu.
Dəvət
olunmuş mütəxəssislərə müvafiq mövzularda peşəkar təqdimatlar edilmişdir. Kurs
iştirakçıları dəvət olunmuş mütəxəssislərə minnətdarlıqlarını bildirmiş,
mövzuların müzakirəsində fəal iştirak etmişdirlər.