AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

AƏSMA-da “Peşəyönümlü məsləhəti” istiqamətində fərdi qaydada canlı konsultasiyalar keçirildi


image small

28.09.2023-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət Mirzəyevin təşkilatçılığı ilə Mərkəzi Karyera filialının Karyera məsləhətçiləri Səma Abbaszadə, Sura Əzizli, Mikayıl Tağıyev tərəfindən tələbələr üçün “Peşəyönümlü məsləhəti” istiqamətində fərdi qaydada canlı konsultasiyalar keçirildi.

27 nəfər tələbənin iştirak etdiyi konsultasiyada düzgün karyera planlaması, əmək bazarının tələbləri və araşdırılması, iş axtarışı  və istək məktubun hazırlanması, müsahibəyə hazırlıq mövzuları üzrə peşəyönümlü məsləhətlər verildi və tələbələri maraqlandıran suallar cavablandırıldı.

Konsultasiya tələbələr tərəfindən maraqla qarşılandı.

29.09.2023  [ 05:24 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.