12 fevral 2020-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Jan Monnet" proqramı ilə tanışlıq mövzusunda Akademiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri dos.Mahir Calalov seminar keçirdi. Tədbirdə Jean Monnet fəaliyyətinin məqsədləri və Jean Monnet-in dəstəyi ilə həyata keçirilən fəaliyyət növləri haqqında məlumat verildi. Seminarda Akademiyanın kafedra müdirləri və digər əməkdaşları iştirak etmişdir.