logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür


image small

1969-cü ildə respublikamıza rəhbər təyin olunan Heydər Əliyev gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirdi, sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı, Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Dahi şəxsiyyətin respublikada yaratdığı mənəvi-psixoloji və iqtisadi baza Sovet İttifaqı dağılmağa başlayanda xalqın köməyinə çatdı.

1988-ci il noyabrın 17-də Azərbaycan xalqı sovet imperiyasına qarşı hamılıqla milli-azadlıq mübarizəsinə qalxdı. Getdikcə xalqın mübarizə əzmi daha da artdı, özünəinamı yüksəldi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Azərbaycanın müstəqilliyinin bərpa edilməsi bu tarixi yolun müsbət sonluğu idi.

Hazırda müstəqil Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətidir, sülhün və sabitliyin əsas təminatçısıdır. Artıq regionda yeni reallıq yaranıb. Bu reallığı isə beynəlxalq nüfuzu gündən-günə güclənən, dünya dövlətləri üçün etibarlı tərəfdaş olan Azərbaycan yaradıb.

17.11.2024  [ 11:26 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.