logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Akademiyada Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anma tədbiri keçirilib.


image small

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anma tədbiri keçirilib.
Tədbirdə Akademiyanin  tədris və elmi  işləri üzrə prorektoru  Fəhrad Möhbalıyev erməni vandallarının törətdiyi Xocalı soyqırımını insanlığa qarşı amansız cinayət olduğunu vurğulayıb. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən 366-cı motoatıcı rus alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal ediblər. Mühasirəyə alınan şəhərin 613 sakini qətliamın qurbanı olub. Bu faciə illər keçsə də, Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək.
Prorektor soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ona hüququ statusun verilməsi yolunda Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasət apardığını söyləyib.
Digər çıxış edənlər erməni vəhşiliyindən, xalqımıza qarşı aparılan soyqırımı siyasətindən danışıblar.

25.02.2020  [ 13:42 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.