Azәrbaycan Respublikasının
Prezidenti Cәnab İlham Әliyevin Azәrbaycan Respublikasında 2024-cü ilin “Yaşıl
dünya naminә hәmrәylik ili” elan olunmasına dair 25 dekabr 2023-cü il tarixli
Sәrәncamından irәli gәlәn vәzifәlәrә uyğun olaraq 16 dekabr 2024-cü ildə Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının və AMEA Azad Həmkarlar İttifaqının
birgə təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında
“Azərbaycan gəncliyi və Yaşıl dünya naminə həmrəylik ili: ekoloji problemlər,
süni intellekt və fəlsəfə” adlı kitabın təqdimatı və Yaşıl dünya naminә
hәmrәylik ilinә hәsr olunmuş yekun tәdbiri keçirilmişdir. İlk olaraq Dövlət
Himni səsləndirilmiş, Vətən uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər
Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbov giriş nitqi ilə rəhbərlik
adından iştirakçıları salamlamış, AHİK-in və ona üzv olan təşkilatların “Yaşıl
dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlərinin əhəmiyyətindən söz
açmışdır. Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn
vəziflərin şəffaflıqla yerinə yetirilməsi istiqamətində uğurlu addımları önə çəkən
natiq 2024-cü ilin AHİK-in fəaliyyət istiqamətlərində əlamətdar yeniliklərlə
yadda qalmasını diqqətə çatdırdı. Qarşıya qoyulmuş vəzifələrin üzv və tabe təşkilatlarla
koordinasiya edilməklə həyata keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi.
AHİK sədri Sahib Məmmədov tərəfindən bu istiqamətin əsas fəaliyyət proqramı
kimi Həmkarlar İttifaqlarının qarşısında qoyulduğunu bildirdi.
Sonra AMEA Azad Həmkarlar
İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov belə bir tədqiqat işinin ərsəyə
gəlməsinə olan zərurəti və Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamından
irəli gələn vəzifələr kontekstində şərh etdi. Bu Sərəncamın gənc alim və tədqiqatçıların
fikirlərinə və elmi biliklərinə yol açdığını bildirdi. Bu gün qlobal təhdidlərin
fonunda narahat dünyamızda Prezident İlham Əliyevin sabit dünya üçün misilsiz
xidmətlərinin elmi əsaslarla tədqiqata cəlb edilməsinin vacibliyini vurğuladı.
Kitabın bu çağırışlara sanballı töhfə olmasına dair fikirlərini əsaslandırdı.
Daha sonra çıxış edən AƏSMA-nın
rektor vəzifəsini müvəqqəti icra edən i.ü.f.d., dos. Nurəngiz Mikayılova,
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d., dosent Elmir
Babayev, Azәrbaycan İlahiyyat İnstitutunun kafedra müdiri f.ü.f.d., dos. Anar
Qafarov, AMEA Qafqazşünaslıq İnstitutunun Ermәnişünaslıq şöbәsinin müdiri t.ü.f.d.,
dos. Elnur Kәlbizadә, AMEA Fәlsәfә vә Sosiologiya İnstitutunun elmi işçisi,
Gәnc Alim vә Mütәxәssislәr Şurasının üzvü Vüsalә Gülmalıyeva, AMEA Folklor
İnstitutunun Mifologiya şöbәsinin aparıcı elmi işçisi, fil.ü.f.d, dos. Elçin
Qaliboğlu, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəl.ü.f.d.,
dosent Şölət Zeynalov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun kiçik elmi
işçisi, institutun Gәnc Alim vә Mütәxәssislәr Şurasının sədri Ceyran Hüseynli çıxış
edərək Azərbaycanın inkişaf strategiyasının müasir hədəflərinə toxundular,
COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Prezident İlham Əliyevin
uğurlu islahatlarından və bəşəriyyətə etdiyi çağırışlardan bəhs etdilər.
Eyni zamanda kitabın ərsəyə gəlməsinə və onun təbliğinə yaradılan imkanlara görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.