8 oktyabr 2024-cü il tarixdə
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Avtonəqliyyat və yol təsərrüfat
həmkarlar ittifaqı təşkilatlarının yeni seçilmiş sədrləri üçün kurslar
başlamışdır. Bununla əlaqədar olaraq kurs proqramına həmkarlar ittifaqı təşkilatının
işinin fəaliyyətini düzgün təşkil etmək
üçün aşağdakı mövzular proqrama daxil edilmişdi: “Motivasiya” anlayışı.
Motivasiya prosesi. Əməkçilərin hüquqlarının müdafiəsi: əsas məsələlər, izahat və şərhlər. Həmkarlar ittifaqlarının əsas funksiyaları. Təşkilati
işin əsas istiqamətləri. Həmkarlar
ittifaqı qrup təşkilatçısının hüquq və vəzifələri. Həmkarlar ittifaq işinin
planlaşdırılması. İşçilərin özünü müdafiəsi. Həmkarlar ittifaqı komitəsinin
işçilərin hərəkətlərini əlaqələndirmək vəzifələri. Özünümüdafiə əmək
hüquqlarını qorumaq üsulu kimi. Sosial-əmək münasibətlərinin və sosial tərəfdaşlığın
hüquqi tənzimlənməsi. Kollektiv müqavilə zəhmətkeşlərinin müdafiəsində mühüm sənəd
kimi. Azərbaycanda pensiya sistemi:
reallıq və perspektivlər. Azərbaycanda əhalinin sosial təminatı və müdafiəsi. Həmkarlar
ittifaqı təşkilatının maliyyə işi. Həmkarlar ittifaqı təşkilatında informasiya
işi. İnformasiya ilə işləmə
texnologiyaları. İlk həmkarlar ittifaqı təşkilatında kargüzarlıq.
3 günlük kurslar çox fəal şəkildə keçirildi, müzakirələr, praktiki məşğələlər
aparıldı. Dəvət olunmuş mütəxəssislər: Məsməxanım Hacıyeva-“ Senur ”
Psixoloji Mərkəzin psixoloqu, AR Əmək və Sosial Müdafiəsi Nazirliyi Aparatının əməkdaşları: Rəşad Əhmədov - “Əmək siyasəti ”
şöbəsinin əməkdaşı, Rauf Əliyev- AR Əmək
və Əhalinin Sosial Müdafiə Nazirliyi Aparatının “dövlət qulluğu və kadr məsələləri” şöbəsinin müdir müavini, Fəridə Hacıyeva – “ Əmək siyasəti ” şöbəsinin “ Əmək
siyasəti təkmiləşdirilməsi” sektorunun baş məsləhətçisi, Arzuman Pirəliyev
- AR Əmək və Əhalinin Sosial Müdafiə
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Aparatının əməkdaşları: Fərdi
uçota nəzarət və sosial sığorta departamentinin “Sosial sığorta” şöbəsinin mütəxəssisi, Sahil Aslanov- –Pensiya təminatı
departamentinin “Qanunvericilik məsələləri” şöbəsinin müdiri, Mirzə Cəfərzadə
-Təhsil iş. HİRK sədr müavini, Hökümə Əkbərova – Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasının baş mühasibi.
Nəzakət
Mahmudova-“ Teleradio” İB HİK sədri həmişə olduğu kimi, təqdimatlarla çıxış edərək həm
təqdimatlarının mövzularını, həm də kursların iştirakçılarının suallarına
cavablarını diqqətli şəkildə əhatə etdi. Bundan əlavə, onlara kurslar zamanı çəkilmiş bütün fotoşəkillər və həmkarlar
ittifaqı işini təşkili üçün metodik
tövsiyələr elektron formada təqdim olunub.
Dinləyicilər bu
kursların keçirilməsinə görə Akademiyanın rektoruna vəRespublika Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyinə
minnətdarlıqlarını bildirmiş, analoji kursların vaxtaşırı keçirilməsini təklif
etmişlər