AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Həmkarlar ittifaqı üzvü həmkarlar ittifaqlarının maliyyə işi haqqında nə bilməlidir?


image small

Bu gün oktyabrın 2-də həmkarlar ittifaqı təşkilatlarının sədrləri, komitə üzvləri və həmkarlar ittifaqı komitələrinin mühasibləri üçün “Həmkarlar ittifaqının maliyyə işi” mövzusunda 3 günlük kurs başlayıb. Kurs proqramına həmkarlar ittifaqı təşkilatında maliyyə işinin təşkili ilə bağlı mövzular daxil edilmişdir, yəni: “Həmkarlar ittifaqında maliyyə işi: onun xüsusiyyətləri” (Həmkarlar ittifaqı təşkilatının maliyyələşmə mənbələri. Həmkarlar ittifaqı büdcəsinin formalaşdırılması qaydası. Həmkarlar ittifaqı təşkilatında mühasibat uçotu . Həmkarlar ittifaqı təşkilatının uçot siyasəti. Əsas vəsaitlərin uçotu . Əsas vəsaitlərin əvəzsiz alınmasının uçotu. Əsas vəsaitlərin köhnəlməsi ), “Həmkarlar ittifaqları təşkilatının maliyyə hesabat”, “Maliyyə-təsərrüfat fəaliyyətinin aparılması üçün zəruri olan qeydiyyat sənədləri”, “Həmkarlar ittifaqı təşkilatının gəlirlər və xərclər təminatlarının formalaşdırılması”,  “Gəlirlərin və xərclərin planlaşdırılması”.

Həmkarlar ittifaqı təşkilatının işinin xüsusiyyətlərini nəzərə alaraq həmkarlar ittifaqı təşkilatının sosial təminatla, üzvlərinin hüquqlarının müdafiəsi ilə bağlı pensiya və sosial sığorta ilə, əməkhaqqı, əmək hüquqlarının müdafiəsi , hüquqi məsələləri üzrə aşağdakı mövzuları daxil etmişik: - “Azərbaycanda pensiya sistemi: reallıq və perspektivlər”, “AR Əmək qanunvericiliyi: izahlar və şərhlər”, “Azərbaycanda əhalinin sosial təminatı: aktual məsələləri”, “Əməkhaqqı. Hüquqi tənzimləmə. İşçilərin əməyinin ödənilməsi üçün əsas dövlət təminatları. Əməkhaqqı və əmək standartları məsələlərində həmkarlar ittifaqları tərəfindən əmək hüquqlarının müdafiəsi”, “ Kibertəhlükəsizlik: bank kartlarının təhlükəsizliyi üçün nəyi bilməliyik?”,” İşgüzar ünsiyyət psixologiyası. Ünsiyyət bacarıqlarının inkişafı”.

Təlimləri dövlət qurumlarının və həmkarlar ittifaqı təşkilatlarının aşağıdakı mütəxəssisləri aparıblar: Könül Mikayılzadə- Azərbaycan Respublikası Təhsil İnstitutunun “Təhsilin nəzəriyyəsi və tarixi ” şöbəsinin böyük elmi işçisi ,Sahil Aslanov- – AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları: Sahil Aslanov- –Aparatının Pensiya təminatı departamentinin “Qanunvericilik məsələləri” şöbəsinin müdiri, Aparatın Pensiya təminatı departamentinin “Qanunvericilik məsələləri” şöbəsinin müdiri Arzuman Pirəliyev - Aparatın Fərdi uçota nəzarət və sosial sığorta departamentinin “ Sosial sığorta” şöbəsinin mütəxəssisi , Elçin Cəfərov - AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin Aparatının “Dövlət qulluğu və kadr məsələləri ” şöbəsinin “Təlim və təhlil “ sektorunun müdiri, Rüstəm Müzəffərov- AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti “Kibertəhlükəsizliyin idarə edilməsi” sektorunun aparıcı məsləhətçisi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşları- Hökümə Əkbərova baş mühasibi və Nailə Qəhrəmanova – “ Humanitar fənlər “ kafedrasının müdiri. Təlimin sonuncu günü təcrübə mübadiləsi keçiriləcək. 

02.10.2024  [ 07:53 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.