İyunun 4-də “Fərdi və kollektiv əmək mübahisələrinin
həllində həmkarlar ittifaqlarının hüquq-müdafiə təcrübəsi” mövzusu ilə
bağlı bütün kateqoriyalardan olan həmkarlar ittifaqı işçiləri üçün 3 günlük
kurslarbaşlamışdı.
Bu
problem həmkarlar ittifaqı üzvləri arasında həmişə maraq doğurmuşdur, çünki
onlar kollektivdə, münaqişələrin həllində, kollektiv danışıqlar zamanı belə
hallarla rastlaşırlar.
Bununla
əlaqədar olaraq kurs proqramına aşağıdakı mövzular daxil edilmişdir: “AR
Əmək Məcəlləsi : izahlar və şərhlər”,“Mediasiya haqqında ümumi müddəalar.Vasitəçinin
hüquqi statusu. Əmək münasibətləri sahəsində vasitəçilik prosedurunun xüsusiyyətləri”,
“Həmkarlar ittifaqı təşkilatlarının və onların rəhbərlərinin işində münaqişəli
vəziyyətlərin təhlili və həlli” , “İşəgötürənlə müəssisənin işçisi arasında
yaranmış münaqişəli vəziyyətin həlli”, “ Danışıqların başlanması. Əsas hissə.
Problemin müzakirəsi”, “Həmkarlar ittifaqlarının qanunvericilik fəaliyyətində
iştirak etmək imkanları”, “Həmkarlar ittifaqlarının sosial-əmək
münasibətlərinin tənzimlənməsində iştirak etmək hüquqları”.
Mövzulara
müvafiq olaraq, təcrübəli mütəxəssislər dəvət edildi: Nailə Qəhramanova – Azərbaycan Əmək və
SMA “Humanitar fənlər ” kafedrasının müdiri,
Lalə Kərimova -AR Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin
“Strateji təhlil, innovasiya və rəqəmsallaşma” şöbəsinin baş məsləhətçisi,
Nəzakət Mahmudova – “Teleradio” İB HİK sədri.
Kursların
problemlərinə uyğun olaraq, xüsusilə bu məsələnin psixoloji tərəfini üzə
çıxaran mövzular daxil edilmişdir. “Münaqişələr: onların aradan qaldırılması və
həlli yolları” və “İşgüzar ünsiyyət
psixologiyası. Ünsiyyət bacarıqlarının inkişafı” Bu məşğələni Məsməxanim
Hacıyeva- “Senur” Psixologiya Mərkəzinin psixoloqu keçirildi.
Kurs
proqramına əməmk mübahisələrnən bağlı praktiki
problemlərin həlli, tapşırıqların yerinə yetirilməsi və təcrübə mübadiləsi keçirildi. Bu mövzular üzrə Qruplarda iş. “Mənə
nə mane olur və münaqişəni həll etməyə kömək edən nədir?”, “Münaqişədə davranış
strategiyalarının üstünlükləri və mənfi cəhətləri” praktiki məşğələni
kursun sonunda keçirməyə planlaşdirilmlşdı və məşğələni keçirilmək üçün “Teleradio” İB təcrübəli həmkarlar
ittifaqı komitənin sədri Nəzakət
Mahmudova dəvət olunmüşdu.Kursun
mövzuyla bağlı iştirakçılara metodik tövsiyələr elektron variantda veriləcək.