AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Həmkarlar ittifaqı təşkilatlarının maliyyə mütəxəssisləri ixtisasartırma kurslarında


image small

Bu ilin 22-24 aprel tarixlərində həmkarlar ittifaqı orqanlarının maliyyə şöbələrinin müdirləri və mütəxəssisləri üçün 3 günlük ixtisasartırma kursu keçirilmişdir. Kurslarda ümumilikdə 16 nəfər iştirak edib. Kursun proqramına həmkarlar ittifaqı təşkilatının maliyyə işinin təşkili üçün aktual olan mövzular daxil edilmişdir: “Azərbaycanda müasir mühasibat uçotu tətbiqi : bu günü və gələcəyi”, “ Daxili nəzarət və daxili audit sisteminin rolu və məqsədləri”, “ Həmkarlar İttifaqında maliyyə işi: onun xüsusiyyətləri”,“Həmkarlar ittifaqı təşkilatının maliyyələşmə mənbələri”, “Həmkarlar ittifaqı büdcəsinin formalaşdırılması qaydası”,  Müəssisənin maliyyə durumu  və təhlili”, “Həmkarlar ittifaqı təşkilatının uçot siyasəti”, “Əsas vəsaitlərin uçotu”, “Təmir xərclərinin aparılması və hesablanması”, “Əsas vəsaitlərinin köhnəlməsi. Debitor və kreditorlarının uçotu”, “Azərbaycanda pensiya sistemi: reallıq və    perspektivlər”, “AR Əmək qanunvericiliyi: izahlar və şərhlər”, “Azərbaycanda əhalinin sosial təminatı: aktual məsələləri”, “Kibertəhlükəsizlik: bank kartlarının təhlükəsizliyi üçün nəyi bilməliyik”, “Kiberterrorizm. Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi”.

     Bu təlimlərin keçirilməsi üçün dəvət olunmuş mütəxəssislər müvafiq təqdimatlarla çıxış edərək sualları peşəkarcasına cavablandırıblar.

Həmkarlar ittifaqı işçiləri peşəkarlıqlarına və çıxışlarını məharətlə çatdırdıqlarına görə aşağıdakı mütəxəssislərə minnətdarlıqlarını bildiriblər: Elşən Süleymanov- AHİK-in maliyyə şöbəsinin müdir müavini, Zərqələm İsayeva-Azərbaycan Professional Maliyyə Assosiyasının  təhsil Komitəsinin üzvü, peşəkar mühasib,  Nəcəf Talıbov – AR Auditor Palatasının müşaviri, Rəşad Əhmədov -  AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlinin  “Əmək siyasəti” şöbəsinin sektor müdiri, Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisləri Sahil Aslanov-Aparatının Pensiya təminatı departamentinin “Qanunvericilik məsələləri” şöbəsinin müdiri, Ramil Əsgərov- Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı/Sosial sığorta və Fərdi uçot departamenti/ Sosial sığorta hesabatlarının monitorinqi və təhlili şöbəsinin böyük mütəxəssisi, Lalə Kərimova – AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Strateji təhlil, innovasiya və rəqəmsallaşma” şöbəsinin baş məsləhətçisi, Rövşən Rəhimli -Azərbaycan Respublikası Mərkəzi Bankının “İnformasiya və kibertəhlükəsizlik” şöbəsinin aparıcı təhlükəsizlik inzibatçısı.

      Kursun sonuncu günü Elşən Süleymanov bütün sahə həmkarlar ittifaqı orqanlarının maliyyə işçiləri ilə görüşüb, maliyyə işlərinin təşkili, onun sənədləşməsi, kargüzarlığı, uçot siyasəti ilə bağlı və digər sualları cavablandırıb.

«İşgüzar ünsiyyət psixologiyası. Ünsiyyət bacarıqlarının inkişafı». Mövzusu üzrə Məsməxanım Hacıyeva -“İNCİ” Psixoloji Mərkəzinin psixoloq tərəfindən keçirilən interaktiv formatda xüsusi maraq doğurdu. Treninq fəal müzakirə formatında keçib. Kursları başa vurduqdan sonra tələbələr elektron formada tədris materialları ilə təmin edilib və onlara sertifikatlar təqdim olunub.

22.04.2024  [ 10:08 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.