AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“İŞ DÜNYASINDA YUMŞAQ VƏ SƏRT BACARIQLARIN ZƏRURİLİYİ”-nə həsr olunmuş təlim


image small

29.04.2024-cü il tarixində “Maliyyə və mühasibat uçotu” kafedrasının təşkilatçılığı ilə “İŞ DÜNYASINDA YUMŞAQ VƏ SƏRT BACARIQLARIN ZƏRURİLİYİ”-nə həsr olunmuş təlim keçirilmişdir.

Təlimdə CV-nin hazırlanması, iş müsahibəsi strategiyaları, düşüncə tərzləri, xüsusən də tənqidi düşüncə, həmçinin 1C üzərində əmək haqqının uçotu və ezamiyyə normalarından danışılmışdır. Təlimçilər 339, 235 və 236 saylı qrupların tələbələri Fatimə Məmmədova, Solmaz Hacıyeva, Ləman Əliheydərli, Rəqsanə Məmmədova, Röya Məmmədova və Aysun Teymurzadə təlim iştirakçılarına iş dünyasında uğur qazanmağın əsas məqamlarını izah etmişdilər, müəllimlər və tələbələr arasında maraqlı müzakirələr aparılmışdır.

30.04.2024  [ 07:43 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.