Türk Əməkdaşlıq və Koordinasiya
Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin koordinatoru Hayrettin
Özçelik Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və
Sosial Münasibətlər Akademiyasında (AƏSMA) olub.
AƏSMA-nın rektoru vəzifəsini müvəqqəti
icra edən Yusif Ağayev akademiyada tədris prosesinin təşkili, fakültə və
ixtisaslar, ali təhsil müəssisəsinin imkanları, burada həyata keçirilən
yeniliklər barədə məlumat verib, AHİK-in həyata keçirdiyi rəqəmsal yenilikləri
diqqətə çatdırıb.
TİKA-nın Bakı Proqram Koordinasiya
Ofisinin koordinatoru Hayrettin Özçelik təmsil etdiyi qurumun fəaliyyəti və dəstək
mexanizmlərindən danışıb, əlaqələrin istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə əməkdaşlıq imkanları müzakirə
olunub, fikir mübadiləsi aparılıb.