Beynəlxalq
Əmək Təşkilatı (BƏT) İşçilərin fəaliyyəti bürosunun (BƏT-ACTRAV) Avropa və Mərkəzi
Asiya üzrə rəhbəri Serqius Qlovaskas Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında olub.
Ali
təhsil ocağı ilə tanışlıqdan sonra professor-müəllim heyəti, tələbələr və AHİK
könüllüləri ilə görüş keçirilib. AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən
Yusif Ağayev Akademiyada tədris prosesinin təşkili, fakültə və ixtisaslar, tədris
müəssisəsinin beynəlxalq əlaqələri haqqında məlumat verib, tətbiq olunan
yenilikləri diqqətə çatdırıb.
AHİK-in
Gənclər, sosial layihələr və gender məsələləri ilə iş şöbəsinin müdiri Səbinə Cabarova həyata
keçirilən və reallaşdırılması nəzərdə tutulan layihələr barədə təqdimatla çıxış
edib.
Serqius
Qlovaskas BƏT-nin fəaliyyətindən, AHİK-lə birgə reallaşdırılan layihələrdən söz
açıb, qurumun ölkəmizdə ratifikasiya olunan konvensiyalarının əhəmiyyətindən bəhs
edib.
Sonra Serqius Qlovaskas tələbələrin suallarını cavablandırıb.