Tələbə Elmi Cəmiyyəti

Tələbə Elmi Cəmiyyəti (TEC) elmi tədqiqat və tədris tədqiqat işləri yerinə yetirən təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır.

TEC – AƏSMA-nın rəhbərliyinə tabedir və Akademiyanın Elmi Şurası qarşısında hesabat verir.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Elmi Cəmiyyəti (TEC) Akademiyanın elmi və tədris fəaliyyətini dəstəkləyən, tələbələrin elmi araşdırmalara marağını artıran və onların inkişafına töhfə verən mühüm bir strukturdur. TEC, tələbələrin elmi düşüncə və analitik bacarıqlarını inkişaf etdirmək, elmi fəaliyyətə təşviq etmək və gənc alimlər üçün elmi mühit yaratmaq məqsədini əsas tutur.

TEC öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsil alanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, rəhbər tutur və bu əsasnamə Azərbaycan Respublikası Təhsil Nazirliyi 27.06.2014-752 №-li əmri ilə təsdiq olunmuş TEC-in haqqında nümunəsinə əsasən hazırlandı.

Tələbə Elmi Cəmiyyətinin fəaliyyət məqsədləri:

Tələbələrin elmi tədqiqatlara marağını artırmaq və onları müxtəlif elmi sahələrdə aktiv iştirak etməyə təşviq etmək;

Akademiyada həyata keçirilən elmi layihələrə və tədqiqatlara dəstək vermək;

Tələbələr üçün konfranslar, seminarlar, və digər elmi tədbirlər təşkil edərək onların bilik və bacarıqlarını artırmaq;

Tələbələrin öz elmi araşdırmalarını təqdim etmələri üçün imkanlar təmin etmək və elmi mühitin inkişafına dəstək olmaq.

Tələbə Elmi Cəmiyyətinin əsas fəaliyyətləri:

Elmi konfranslar və seminarlar: TEC müxtəlif mövzularda elmi konfranslar, seminarlar və təlimlər təşkil edərək, tələbələrin elmi fəaliyyətə olan marağını artırır və onların nəzəriyyə ilə praktikada olan əlaqələri daha yaxşı anlamağa kömək edir.

Tədqiqat işləri: Tələbələrə müxtəlif elmi tədqiqat layihələrində iştirak etmək imkanı verilir və bu layihələrdə onların araşdırmalarına dəstək göstərilir.

Təcrübə mübadiləsi: TEC müxtəlif ali təhsil müəssisələri və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək tələbələr üçün təcrübə mübadiləsi imkanları yaradır.

Üzv olmaq:

Tələbə Elmi Cəmiyyətinin üzvü olmaq istəyən tələbələr Akademiyanın elmi fəaliyyətində aktiv iştirak edə bilər, elmi və peşəkar inkişaf imkanlarından faydalana bilərlər. TEC üzvləri, elmi araşdırmalarını təqdim etmək, konfranslarda iştirak etmək və yeni layihələrdə yer almaq imkanlarına sahibdirlər.

Bu cəmiyyətin fəaliyyəti, tələbələrin elmi inkişafına və təhsildə uğurlu nəticələr əldə etmələrinə böyük töhfə verir. Tələbə Elmi Cəmiyyəti, gələcəyin alimləri və peşəkarları üçün bir pillədir və onları daha yüksək səviyyəli elmi fəaliyyətlərə hazırlayır.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Elmi Cəmiyyəti – gələcəyin elmi liderlərini yetişdirən platformadır!

AƏSMA TEC sədri -Aygün Əli qızı Bağırzadədir.

Əlaqə: [email protected]