logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Sirac Şamı oğlu Məmmədov


image small

1954-cü il avqust ayının 6-da Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, 1975-ci ildə Gəncə Dövlət Pedoqoji Universitetinin kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Kəlbəcər rayonunda kimya-biologiya müəllimi və rayon ərazi-metodist vəzifəsində çalışmışdır.  İşlədiyi müddət ərzində MK Maarif işçilərinin həmkarlar ittifaqı, Ali məktəb və elmi idarələrin və SSRİ Maarif Nazirliyi adından “1976-cı il sosializm yarışının qalibi” nişanı ilə təltif olunmuşdur.

1976-cı il AzEA-nın V.A.Komarov adına Botanika İnstitunun əyani aspiranturasına daxil olmuş, 1978-79-cu illərdə Qazaxıstan SSR-nin Çelinoqrad (indiki Astana) şəhərində ordu sıralarında qulluq etmişdir.

 1982-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirib, 1983-cü ildən baş lobarant, 1984-cü ildə kiçik elmi işçi vəzifəsində çalışmış, 1984-cü ildə biologiya elmlər namizədi alimlik dərəcəsini almaq üçün dissterasiya müdafiə etmiş, 1986-96 cı illərdə baş elmi işçi vəzifəsində çalışmışdır. 1996-cı ildə AAK-nın qərarı ilə baş elmi işçi (dosent) elmi adını almış, 1996-cı ildən RF “Yujdaq” İnstitunun Bakı filialının tədris şöbəsinin müdiri vəzifəsində, 2000-2003-cü illərdə Azərbaycan-Rusiya Korporasiyası birgə müəssisəsində kadr hazırlığı şöbəsinin müdir müavini olmuşdur.

2003-2004-cü illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialının Tədris-metodiki şöbəsinin müdir müavini olmuş, 2004-cü ildə Akademiyanın direktor köməkçisi, 2005-2006-cı illərdə imtahan şöbəsinin müdiri, 2006-2010-cu ilərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor köməkçisi, 2010-2011-ci illərdə Tərbiyə İşləri üzrə prorekor, 2011-2013-cü illərdə Tədris və elmi işləri üzrə proretor, 2014-2015-ci illərdə Tədris və Tərbiyə İşləri üzrə prorektor, 2015-ci ildən tədris işləri üzrə prorektor, 2018-ci ildən rektor köməkçisi vəzifəsində çalışmışdır. 2022-ci ildən akademiyada tam ştat vahidi üzrə müəllim vəzifəsinə qəbul edilib.

Ailəlidir, 4 övladı var

Elmi işlər (dos .Sirac Məmmədov)                                

1.        Məqalə - Ekoloji Tarazlıq və Qorunmasının İqtisadi Askpektləri  (Maliyyə və Uçot jurnalı .No 12, 2012 ) S.Məmmədov və başqaları

2.        Proqram -   Neyrobiologiya (45 saat) (Azərbaycan Respublikası Təhsil Nazirliyi, əmr  №F-06, 13.01.2022) S.Məmmədov, M.Hümbətov

3.        Məqalə - Böyük Qafqaz təbii vilayətinin landşaft  differensiyası (“ Azərbaycan Əmək və Sosial Müənasibətlər Akademyası 1. Beynəlxalq sosial elmlər konfransı ” 28-29.09.2022 S.Məmmədov, C.Məmmədova

4.        Proqram -   SƏTƏMM (60 saat) (Azərbaycan Əmək və Sosial Müənasibətlər Akademyası Elmi Şurasının 05 saylı protokolu , 23.12.2023) S.Məmmədov, C.Məmmədova

5.        Məqalə - Böyük Qafqazın şimal-şərq hissəsinin müasir landşaftlarının formalaşmasına təsir edən amillər (VII Beynəlxalq Harıc çoxfənli elmi tədqiqatlar konfransı . İstanbul 23-25.01.2024) S.Məmmədov, C.Məmmədova

6.        Məqalə - Ətraf aləmi çirkləndirən amillər və onun qorunmasının iqtisadi aspektləri (Azərbaycan Əmək və Sosial Müənasibətlər Akademyası) “Yaşıl Dünya : Sosial- İqtisadi Transformasiya) 07.05.2024 S. Məmmədov, C.Məmmədova

7.        Proqram -     Ekologiya   (45 saat) (Azərbaycan Əmək və Sosial Müənasibətlər Akademyası Elmi Şurasının 11saylı protokolu , 28.06.2024) S.Məmmədov, C.Məmmədova

24.10.2024  [ 12:24 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.