Tələbə Gənclər Təşkilatı

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Gənclər Təşkilatı (AƏSMA TGT) Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Gənclər Təşkilatı (AƏSMA TGT) 2015-ci ildə təsis edilmişdir. Təşkilat, tələbələrin könüllülük prinsipi əsasında bir araya gəlməsini təmin edən, onların ictimai fəaliyyətlərdə fəal iştirakına şərait yaradan bir platformadır. Qurumun əsas məqsədi gənclərin şəxsi inkişafına dəstək vermək, sosial aktivliklərini artırmaq və liderlik bacarıqlarını formalaşdırmaqdır.

AƏSMA TGT-nin başlıca missiyası dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin hüquq və maraqlarını təmsil və müdafiə etmək, onların ölkənin ictimai, mədəni, sosial və iqtisadi həyatında aktiv iştirakını təmin etməkdir. Bu məqsədlə təşkilat, tələbələrin intellektual və yaradıcılıq potensialını artırmaq üçün müxtəlif layihələr, tədbirlər və proqramlar həyata keçirir.

Tələbə Gənclər Təşkilatı mütəmadi olaraq elmi seminarlar, sosial kampaniyalar, xeyriyyə aksiyaları, mədəni və idman tədbirləri təşkil edərək tələbələrin akademik və sosial bacarıqlarının inkişafına töhfə verir. Bununla yanaşı, təşkilat gənclərin liderlik keyfiyyətlərini formalaşdırmaq və onların gələcək karyera perspektivlərini genişləndirmək məqsədilə təlimlər, forumlar və görüşlər təşkil edir.

Qeyd edək ki, 16 aprel 2024-cü ildən etibarən AƏSMA TGT nəzdində CreART proqramı aktiv fəaliyyət göstərir. Bu proqram Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə yaradılmışdır. Proqramın əsas məqsədi "CreART" adlı spesifik könüllü mədəniyyət klubları yaratmaq və həmin klubların əlaqələrini genişləndirməklə, tələbələrin bu istiqamətdə daha böyük layihələrdə iştirakını təmin etməkdir.

Qeyd etmək lazımdır ki, AƏSMA TGT 2023-cü ildən etibarən fəaliyyətini daha da genişləndirərək bir sıra uğurlu layihələr həyata keçirmişdir. Təşkilat, tələbələrin maraq və ehtiyaclarını nəzərə alaraq onların təşəbbüslərini dəstəkləyir, sosial məsuliyyət anlayışını gücləndirir və onların birgə fəaliyyət göstərməsinə imkan yaradır.

AƏSMA TGT, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, "Azərbaycan Gəncliyi" Dövlət Proqramlarına, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər Fondunun tövsiyələrinə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), ali və orta ixtisas təhsili müəssisəsinin nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Gənclər Təşkilatı gələcəkdə də fəaliyyətini genişləndirməyi, tələbələrin sosial, akademik və karyera inkişafına daha böyük töhfələr verməyi qarşısına məqsəd qoymuşdur.

2024-cü il ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə AƏSMA TGT-ə “İlin Tələbə Gənclər Təşkilatı Sədri” nominasiyasına layiq görülmüş Ömər Sərxanlı sədrlik edir.