logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Cəmilə Novruz qızı Abdullayeva


image small

Abdullayeva Cəmilə Novruz qızı 1964-cü il mart ayının 8-də Gürcüstan Gürcüstan Respublikası Dmanisi  rayonu Yaqublu kəndində ziyalı ailəsində anadan olmuş, 1970/80-ci illərdə Yaqublu kənd orta məktəbinin bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedagoji Universitetinin Riyaziyyat fakültəsinə qəbul olmuş, 1984-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.

1985-1990-cı illərdə Kosmik Tədqiqatlar İnstitutunda mühəndis-riyaziyyatcı fəzifəsində çalışmış, 2004-cü ildə isə namizədlik dissertasiyası müdafiə edib r.ü.f.d. elmi dərəcəsi almışdır.

1990-2007-cı illərdə Bakı şəhəri 34 və 246 saylı məktəb-liseydə riyaziyyat müəllimi işləmişdir.

2007-cı ildən ADPU-nun “Riyaziyyat və onun tədrisi texnologiyası” kafedrasında əvvəlcə baş müəllim, 2022-cı ildən dosent vəzifəsində işləyir.

2021-cı ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

Hazırda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Riyaziyyat və İT” kafedrasında 0.5 ştat vahidi ilə müəllim vəzifəsində çalışır.

Ailəlidir, 4 övladı var.

18 məqalənin, 3 tezisin, 4 metodiki vəsaitin, 2 tətria proqramının, 3 dərs vəsaitinin müəllifidir.

  Elmi əsərlər

1.       Məqalə - Bioamilli qeyri-xətti tirin burulma rəqsləri (AMEA Fizika-Texnika və Riyaziiyyat elmləri seriyası. Bakı 2000 XII cild), C.N.Abdullayeva

2.    Məqalə - Bioamilli qeyri-xətti  tirin uzunmüddətli rəqsləri (AMEA Fizika-Texnika və Riyaziyyat elmləri seriyası. Bakı 2000), C.N.Abdullayeva

3.      Məqalə - Qeyri-xətti bioelastik əyri tirin rəqsləri (AMEA Fizika-Texnika və Riyaziyyat elmləri seriyası. Bakı 2000 XX cild, № 4), C.N.Abdullayeva

4.         Məqalə - Zədələnmiş qeyri-xətti elastik tirin uzun müddətli rəqsləri (AMEA Fizika-Texnika və Riyaziyyat elmləri seriyası. Bakı 2001 XXI cild, № 1), C.N.Abdullayeva, M.B.Axundov

5.         Metodiki vəsait- Vektor  anlayışı və onun tətbiqlərinin öyrənilməsi metodikası (Bakı, ADPU 2005), C.N.Abdullayeva, N.M.Mahmudov, İ.Ş.Məmmədov

6.   Tezis - Yayla bərkidilmiş kütləyə malik sferik daxiletmənin elastik mühitdə məxsusi  rəqslərinin tədqiqi (AMEA-nın müxbir üzvü prof. B.A.İsgəndərovun 70 illik yubileyinə həsr olunmuş Riyaziyyat və Mexanika üzrə XII Beynalxalq konfransın tezisləri. Bakı, AMEA 2006), C.N.Abdullayeva, M.A.Rüstəmova

7.      Metodiki vəsait - Riyaziyyatı öyrənirik (Abituriyentlərə kömək üçün vəsait. “Nicat”, Bakı 2008), C.N.Abdullayeva, A.İ.Quliyev və b.  

8.      Tezis -  Daxili oblastı elastiki mühitlə dolu olan ortotrop silindrik örtüyün sonsuz mayedə qeyri-simmetrik rəqsləri (AMEA Riyaziyyat və Mexanika İnstitunun 50 illiyinə həsr olunmuş Riyaziyyat və Mexanika üzrə Beynəlxalq Konfransın tezisləri. AMEA, Bakı 2009), C.N.Abdullayeva, F.Ə.Seyfullayev

9.         Tezis - Deformasiya olunan bərk bioaktiv cisimlərin modelləri (Akademik F.Q.Maqsudovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın tezisləri. AMEA, Bakı 2010), C.N.Abdullayeva

10.   Məqalə - Sıxılmış maye ilə doldurulmuş silindrik örtüyün sərbəst rəqslərinin analitik üsulla tətbiqləri (Akademik Z.İ.Xəlilovun 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Konfransın materialları . AMEA, Bakı 2010) C.N.Abdullayeva, A.İ.Seyfullayev

11.  Məqalə - Fizika qanunlarının öyrənilməsində riyazi  metodların tədbiqi (Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun elmi əsərləri. ATPİ, Bakı 2011 №4), C.N.Abdullayeva, S.O.Məmmədova

12. Fənn proqramı - Elementar  riyaziyyat (ATPİ, Bakı 2012), C.N.Abdullayeva, A.S.Adıgözəlov və b.

13. Fənn proqramı - Riyaziyyatın tədris metodikası (ADPU, Bakı 2012), C.N.Abdullayeva,   A.S.Adıgözəlov və b.

14.   Məqalə - İbtidai siniflərdə həndəsə elementlərinin tədrisinin ümumi məsələləri (ADPU-90 illiyi yubileyinə həsr olunmuş elmi-praktiki konfransın bülleteni. ADPU, Bakı 2012), C.N.Abdullayeva

15.   Məqalə - İbtidai siniflərdə həndəsi anlayışların və fiqurlarının öyrədilməsinin metodikası (Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun elmi əsərləri. ATPİ, Bakı 2012 №2), C.N.Abdullayeva

16.  16. Metodiki vəsait   -  İbtidai siniflərdə həndəsi anlayışlarının öyrədilməsi metodikası (“Avropa” Bakı 2012), C.N.Abdullayeva, X.Ə Mehrabova, M.N.Hüseynova

17.        Məqalə - Vektor anlayışının tətbiqi ilə məsələ həllinin öyrədilməsi  metodikası (Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun elmi əsərləri. ATPİ Bakı  2013 №2), C.N.Abdullayeva, A.Ə.Əliyeva

18.    Dərs vəsaiti  - Triqonometriya (Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının nəşriyyatı. Bakı 2016), C.N.Abdullayeva, A.İ.Quliyev və b.

19.    Məqalə - Riyaziyyatın tədrisi prosesində şagird nailiyyətlərinin izlənməsi və qiymətləndiriləsi (Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun elmi əsərləri. ATPİ Bakı 2016, cild 83, №3), C.N.Abdullayeva, A.Ə.Əliyeva

20.  Статья - Исследование распространения упругих волн в составном  цилиндре с начальным кручением (“Механика и машиностроение” Москва, 2018 № 1), C.N.Abdullayeva, М.С.Кулиев А.И.Сейфуллаев

21.        Məqalə - Riyaziyyat fənni üzrə kurikulumun tətbiqinin təlim keyfiyyətinə təsiri (Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi əsərləri. ATİ, Bakı 2018, №2), C.N.Abdullayeva

22.  Статья - Исследование распространения упругих волн в составном цилиндре с начальным кручением (Строительная Механика Инженерных Конструкций и Сооружений, 2018. 14 (5)), C.N.Abdullayeva, М.С.Гулиев, А.И.Сейфуллаев

23.  Metodiki vəsait  - Riyaziyyatdan məsələ və misalların həllinə aid tədris vəsaiti (“Avropa” nəşriyyatı.Bakı- 2020), C.N.Abdullayeva, S.M.Şirinov, A.Z.Cabbarov

24. Dərs vəsaiti  - Tərs triqonometrik funksiyalar (ADPU-nun mətbəəsi.Bakı-2021), C.N.Abdullayeva

25. Dərs vəsaiti  - Elementar riyaziyyatdan məsələ və misallar (ADPU-nun nəşriyyatı. Bakı-2022), C.N.Abdullayeva, Akif Quliyev, Məlahət Abdullayeva, İradə Zeynalova, Zabil Həsənov

26.        Məqalə - Ümumi Təhsil Sistemində Yeni Qiymətləndirmə Mexanizmlərinin Tətbiqi

(II. INTERNATIONAL SIIRT SCIENTIFIC RESEARCH CONGRESS, SIIRT, TURKEY), C.N.Abdullayeva, Aytən İsmayilova

27.  Məqalə - Applications of vector and coordinate method in school mathematics course (Evolving trends in interdisciplinary research&practices. Manhattan, New York City), C.N.Abdullayeva, Mahmudova Səbinə Araz qızı

28.   Məqalə - Qiymətləndirmə standartları və vasitələri (Fizika,  riyaziyyat və informatikanın tədrisi metodik məcmuəsi), C.N.Abdullayeva, İsmayilova Aytən Vasif qızı 

29.        Məqalə - İlkin burulmalı mürəkkəb silindrdə elastik dalğaların yayılmasının tədqiqi

(Fizika,  riyaziyyat və informatikanın tədrisi metodik məcmuəsi), C.N.Abdullayeva, İ.Ə.Zeynalova

30.     Məqalə - Application Of Formative Assessment Techniques As A Means Of Improving The Quality Of Education (Актуальні питання гуманітарних наук (çapdadır)), C.N.Abdullayeva, N.M.Mahmudov

24.10.2024  [ 12:51 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.