Ələkbərov Yunis İbrahim oğlu, 10 oktyabr 1939-cu ildə Azərbaycanın Şəki şəhərində anadan olmuş,1958-ci ildə Naxçıvan MR-nın Culfa şəhər 24 nömrəli orta məktəbini bitirdikdən sonra Bakı Ali Ümumqoşun hərbi məktəbinə qəbul olmuş,1962-ci ildə Ali hərbi məktəbi bitirib, zabit rütbəsi alaraq, Macarıstan Xalq Resbublikasında hərbi kəşfiyyat batalyonunda xidmət etmişdir.
1967-ci ildə Macarıstandan qayıddıqdan sonra Zakafqaz Hərbi birləşməsindən (Tiflis şəh.) mən ili Ç.İldırım adına Azərbayca Dövlət Politexnik institutunda Hərbi kafedrada müəllim vəzifəsində fəaliyyət görsətmişdir.
1969-cü ildən Azərbayca Dövlət İqtisad universitetində baş müəllim vəzifəsinə seçilmişəm. Həmin müddətdə institutun içtimai həyatında fəal işdirak etmişəm. 1969-cü ildə fakültə ilk partiya təşkilatı katibi, institutun Həmkarlar Komitəsi sədrinin birinci müavini və mübahisə komissiyasının üzvü olmuşdur.
1972-ci ildə “Əmtəəşünaslıq və Kommersiya” institutunda “Tərbiyə İşləri” üzrə prorektor vəzifəsində çalışmışdır.
1975-ci ildən İqtisad universitetində “Mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərmiş və 2010-cu ildə həmin institutun Elmi Şurasının qərarı ilə “fəxri dosent” adına layiq görülmüşdür. İctimai fəaliyyətinə görə bir sıra fəxri fərmanlarla, diplomlarla qiymətləndirilib, o cümlədən, 31 iyul 2014-cü ildə “Əsrin Ziyalıları Təşkilatı” tərəfindən ”Əsrin Ziyalısı”, “İlin ən yaxşı Elm adamı” fəxri diplomu və eyni adlı medala təltif olunmuşdur. Əmək veteranıdır, YAP-ın üzvüdür.
Ailəlidir, dörd övladfı var.
2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalıyla təltif olunmuşdur.
Müxtəlif qəzet və jurnallarda məqalələri dərc edilmişdir, 1 metodik vəsaiti var.
1. Y.İ.Ələkbərov “Mülki müdafiənin əsasları” Metodik vəsait. 2023.