Tələbə Həmkarlar İttifaqları komitəsi

AƏSMA Tələbə həmkarlar ittifaqları komitəsi yuxarı təşkilatların dəstəyi ilə tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, çətin həyat durumlarına maddi dəstək verilməsi və işlə təmin olunmasına yardım göstərirlər.

AƏSMA THİK tələbələrin təhsil, məişət, istirahət, müalicə, əmək, idman və s. qanuni hüquqlarını müdafiə edir. THİK tədris prosesinin təkmilləşdirilməsi, milli ideologiya işlərinin gücləndirilməsi, dərsə davamiyyətin möhkəmləndirilməsi, asudə vaxtın düzgün və səmərəli təşkili, sosial və məişət problemlərin müsbət həll edilməsində tələbə fəallarının iştirakını təmin edir, yığıncaqlarda, konfranslarda və digər toplantılarda tələbələrin yaxından iştirakını təmin edir. AƏSMA THİK tələbələrin elmi dərnəklərə, tələbə elmi cəmiyyətlərinə üzv olmaları, elmi axtarışlarını davam etdirmələri üçün lazımi təşkilatı işləri həyata keçirir. Təşkilatın fakültə sədri fakültə Elmi Şurasının, komitə sədri isə Akademiyanın Elmi Şurasının tamhüquqlu üzvüdür. THİK Akademiya rəhbərliyi ilə birlikdə təhsildə və ictimai işlərdə fəal olan tələbələri mükafatlandırir, ehtiyacı olan tələbələrə birdəfəlik yardım göstərir, tələbələrlə bağlı Akademiyanın daxili intizam qaydalarını müzakirə və təsdiq edir.

Akademiyada fəaliyyət göstərən Tələbə həmkarlar ittifaqı komitəsi rektorluq və digər təşkilatlarla birlikdə mütəmadi olaraq tədris, elm, bədii özfəaliyyət, idman və s. ictimai fəaliyyət sahələri ilə əlaqədar müsabiqələr, yarışlar keçirir.