Eldarova Sayad Əmirhüseyin qızı 10 sentyabr 1956-cı ildə Abşeron rayonunun Günovşə kəndində ziyalı ailəsində anadan olmuş,1964/74-cü illərdə Baki şəhəri N. Nərimanov rayonundakı 36 nömrəli məktəbdə orta təhsil almışdır.
Əmək fəaliyyətimə 1974-cü ildə N. Nərimanov adına neft-qaz çıxarma idarəsində laborant vəzifəsilə başlamış, 1975-ci ildə “Yeni kitab” mətbəəsində cildçi işləmiş, və həmin ildə Azərbaycan Dövlət Universitetinin Mexanika riyaziyyat fakultəsinə daxil olmuş, 1981-ci ildə riyaziyyatçı və riyaziyyat müəlimi ixtisası üzrə universiteti bitirmişdir.
1976-1978-ci ilə kimi Nəsimi rayon 11 nömrəli Mənzil-istismar şöbəsinin kadırlar şöbəsində çalışmış, 1978-ci ildə Su Təchizat İdarəsinin Elmi-Tədqiqat inistutunda labarant, 1980/1988-ci illərdə Geofizika Elmi Tədqiqat İnistutunda mühəndis mexanik vəzifəsində çalışmışdır.
1988-ci ildə həyat yoldaşının Polşa Respublikasına ezam olunması ilə əlaqədar olaraq əmək fəaliyyətinə həmin respublikada yerləşən səfirliyin nəzdindəki orta məktəbdə riyaziyyat müəllimi işləməklə davam etmiş, Polşa Respublikasında əmək fəaliyyəti 1996-ci ilin may ayına kimi davam etmişdir.
1993-2022-ci illərdə Bakı şəhər Binəqədi rayonu 102 nömrəli tam orta məktəbdə riyaziyyat müəlliməsi kimi fəaliyyət göstərmişdir.
2023-cü ildən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Riyaziyyat və İT” kafedrasında 0.5 ştat vahidi üzrə müəllim vəzifəsində çalışır.
Ailəlidir, iki uşağı var.
2014-cü ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdür.
Elmi işləri
1. Məqalə - Pifaqor teoremi, “Mir predmetnika”. 04.10.2013
2. Məqalə - “Onluq kəsirlər” Администрация педагогического соовщества “Edcommunitu.ru” Metodik birliyi 12.01.2017
3. Tezis - “Heydər ƏliyevMüasir Azərbaycan Dövlətinin Qurucusudur”, AƏSMA. Ümummilli lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev Müasir Azərbaycan Dövlətinin Qurucudur” mövzusunda Beynəlxalq Elmi Konfrans. 05 May 2023, səh. 116-122
4. Dərs vəsaiti - “Riyazi analizdən mühazirə və tapşırıqlar”, AƏSMA, EŞ-nın 24.06.2023-cü il tarixli 11 saylı protokolu ilə dərs vəsaiti kimi qərarı ilə nəşri tövsiyə edilmişdir
5. Tezis - “Ekoloji tədqiqatlarda riyaziyyatın rolu”, AƏSMA-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönmünə həsr olunmuş “Yaşıl Dünya: Sosial- iqtisadi transformasiya” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları, 07.05.24. Bakı 2024